Çərşənbə axşamı , 7 Aprel 2026

autor

12 il əvvəl öldürülən prorektor: sifarişçi rektor imiş – 3 qurum birgə məlumat yaydı (TƏFƏRRÜAT)

“Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülür. Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin …

Read More »

Türkiyəyə gələn turist sayı 45,2 milyon nəfər olub

Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy cari ilin yanvar-sentyabr aylarında Türkiyəyə gələn turist sayının 45,2 milyon nəfər olduğunu açıqlayıb. Nazir Ersoy Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında nazirliyinin 2024-cü il büdcəsinin təqdimatında Türkiyənin bütün dünya tərəfindən qəbul edilən bir turizm ölkəsi olduğunu, turizmdə uğurun ilk addımının da təşviqat yolu ilə mümkün olduğunu deyib. Keçən il …

Read More »

“ABŞ-nin qərəzli münasibəti Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı təxribatdır” – RƏY

“ABŞ-nin ölkəmizə qərəzli münasibət bəsləməsi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq miqyasda tanınmış sərhədlərinin tanınmasına qarşı bir təxribatdır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. Onun sözlərinə görə, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağın gələcəyi mövzusunda dinləmələr keçirilib və həmin dinləmələrdə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn çıxış edib. O, anti-Azərbaycan bəyanatlar səsləndirərək Azərbaycana qarşı qərəzli ifadələr işlədib. …

Read More »

Qərbi Azərbaycan İcması: “ABŞ regionda mənfur planlarını həyata keçirməyə çalışır”

“Ənənəvi olaraq, Azərbaycan xalqına düşmən münasibəti bəsləyən ABŞ Konqresində növbəti bir anti-Azərbaycan tədbir keçirilmişdir. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” kimi təxribatçı başlıq altında keçirilmiş dinləmə Konqresin səlibçi mentalitetini, korrupsiyaya uğramış bu strukturun insan hüquqlarına zidd və etnik ayrı-seçkilik yanaşmasını faş etmişdir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. Bildirilib ki, dinləmələrdə çıxış etmiş …

Read More »

Bakıda Nobel qardaşlarının həyatından bəhs edən kitabın və filmin təqdimatı olub

Nobel qardaşlarının Azərbaycanda irsinin 150 illiyi münasibətilə Bakıda ilk xarici şirkətin yaradıcılarının həyatından bəhs edən kitabın və filmin təqdimatı olub. Boyukmillet.com xəbər verir ki, tədbir İsveçin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. “1873-cü ildə Robert Nobel ilk dəfə Azərbaycana səfər edib. Onun odlar və küləklər diyarına səfəri Azərbaycanın neft sənayesinin inkişafının, eləcə də Azərbaycan və İsveç arasında ikitərəfli münasibətlərin əsasını qoyub”, – …

Read More »

Azərbaycanın turizm imkanları Özbəkistanda nümayiş etdirilir

Azərbaycanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə Özbəkistanın Daşkənd şəhərində “İpək Yolu üzərində turizm” mövzusuna həsr edilmiş Daşkənd Beynəlxalq Turizm Sərgisində (TIFF) təmsil olunur. Milli stenddə ölkəmizi ümumilikdə 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir. Sərgi ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat …

Read More »

Türkiyə nəqliyyat sektoruna investisiya qoyuluşlarının məbləğini açıqlayıb

Türkiyə 2002-2023-cü illərdə nəqliyyat sektoruna 194 milyard ABŞ dolları investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin Zəngilan şəhərində keçirilmiş 7-ci iclasında bildirib. “2053-cü ilə qədər bu sektora daha 168 milyard ABŞ dolları investisiya yatıracağıq. Ölkənin quru yolları ilə bağlı önəmli irəliləyişlər əldə etmişik. İndi isə əsas hədəfimiz dəmir …

Read More »

İsveç daha bir PKK üzvünü Türkiyəyə təhvil verib

İsveç PKK terror təşkilatının bir üzvünü Türkiyəyə təhvil verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar bildirib. Terrorçunun adı və vəzifəsi hələ ki, açıqlanmayıb. Qeyd edək ki, Türkiyənin terrorçuluqda şübhəli bilinən şəxsərin təhvil verilməsi İsveçin NATO-ya üzv olmaqdan ötrü Ankaranın irəli sürdüyü şərt idi. İlk dəfə İsveç PKK ilə əlaqəsi olan şəxsi 2022-ci ilin dekabrında …

Read More »

Elşad Nuriyev: “Gələn il Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq”

2024-cü ildə Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq. Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev deyib. “Bu müəssisələr beton tikinti məmulatları, tikinti materiallarının korpuslarını və sair məhsul istehsalı sahəsində ixtisaslaşıblar”,- deyə, o qeyd edib. Xatırladaq ki, indiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul …

Read More »

“Araz-Naxçıvan”ın futbolçusu köhnə zədəsini yeniləyib

“Araz-Naxçıvan” klubunun futbolçusu İsmail Azzaui növbəti dəfə sıradan çıxıb. Naxçıvan təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi köhnə zədəsini yeniləyib. Belçikalı futbolçu hazırda fərdi məşqlər edir. O, üç gündən sonra komanda ilə hazırlığa qoşula biləcək. Qeyd edək ki, “Araz-Naxçıvan” noyabrın 26-da Premyer Liqanın XIV turunda “Neftçi”nin qonağı olacaq.

Read More »