Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO-nun Lüksemburqda yerləşən Dəstək və Təchizat Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək bölməsinin direktoru Orhan Muratlı və Etimad Fondu ofisinin rəhbəri Meray Özdemir ilə görüşüb. Boyukmillet.com-un xəbərinə görə, görüşdə Azərbaycanın NSPA ilə son onilliklər ərzində uğurla həyata keçirdiyi müxtəlif etimad fondu layihələri üzrə əməkdaşlıq, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə NSPA arasındakı tərəfdaşlıq barədə …
Read More »Ədliyyə naziri Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinə müraciət ünvanlayıb
Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin yerli özünüidarəetmə sahəsində əməkdaşlıq etdiyi Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin yeni prezidenti Mark Kulsa müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə Avropa Şurası və onun struktur qurumları, o cümlədən Yerli və Regional Hakimiyyətlər Konqresi ilə səmərəli əməkdaşlığa toxunularaq Avropa məkanında yerli demokratiyanın inkişafında Konqresin rolu qeyd edilib. Qurumun Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəbul …
Read More »İran vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub
Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində İran İslam Respublikası vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub. Boyukmillet.com xəbər verir ki, İran İslam Respublikası vətəndaşı Camal Farjam Özbəkistan Respublikasından üçüncü ölkəyə daşınması məqsədilə Azərbaycana idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində Azərbaycan Respublikası vətəndaşı F.Niyazovun ondan 9.100 …
Read More »Rusiya və Azərbaycan bu ilin sonuna qədər Rəşt-Astara dəmir yolu ilə bağlı saziş imzalamağı planlaşdırır
“Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdırlar”. Boyukmillet.com xəbər verir ki, bunu “Nəqliyyat həftəsi” forumunun plenar iclasında Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov deyib. “Bu ilin sonuna kimi biz Azərbaycanla da analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yük daşımalarında əlavə artımla tam istifadəyə veriləcək. Yükdaşımalarının əlavə artımı başlanğıc …
Read More »Mehriban Əliyeva: “Azərbaycan İsrail-Fələstin münaqişə zonasında hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir”
“Azərbaycan İsrail-Fələstin münaqişə zonasında hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına ünvanladığı müraciətdə deyilir. Birinci xanım bildirib ki, İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi …
Read More »Mehriban Əliyeva “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciət edib
Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciəti olub. Boyukmillet.com Birinci xanım Mehriban Əliyevanın müraciətini təqdim edir: “Hörmətli Əminə xanım, Hörmətli toplantı iştirakçıları, İlk növbədə Türkiyə Respublikasının Birinci xanımı, hörmətli Əminə Ərdoğana bu tədbirdə iştirak etmək üçün dəvətinə görə dərin təşəkkürümü bildirirəm. Hörmətli Əminə xanımın humanitar və …
Read More »İranda 12 ayda 659 nəfər edam olunub
İranda 12 ayda (2022-ci il oktyabrın 10-dan 2023-cü il oktyabrın 8-dək) azı 659 vətəndaş edam olunub, onların 17-si qadın, biri isə uşaqdır. Boyukmillet.com xəbər verir ki, məlumatı “ir.voanews” yayıb. Bildirilib ki, bu, 12 ay əvvəlki göstərici ilə müqayisədə 24 faiz çoxdur. Məlumata görə, İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymaninin qatili də edam edilib. Abbas Əli Süleymani 2023-cü ilin …
Read More »Azərbaycanla TürkPA Katibliyi arasındakı sazişə dəyişikliklər təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”u təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən qurum Türk Dövlətləri Parlament Assambleyası adlanacaq. Sənəd 2023-cü il iyunun 8-də Bakı şəhərində imzalanıb.
Read More »Salyanda sürücülük hüququ olmayan, narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb. Boyukmillet.com xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ – 2121” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayonun Şorsulu kənd sakini Emin …
Read More »Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara veriləcək güzəştli kreditlərin şərtləri açıqlanıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlara verilən dövlət zəmanətli, subsidiya mexanizmli kreditlərin maksimal məbləği 4 milyon manat ola bilər. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib. “Bu kreditlər maksimum 7 il müddətinə verilə bilər. Onların təxminən 90 %-i üçün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar