Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Tovuzda ər arvadı bıçaqlayıb

Tovuzda bıçaqlanma hadisəsi olub. Boyukmillet.com xəbər veri ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı –2000-ci il təvəllüdlü Tükəzban Mirzəyevanı vuraraq ona qarın boşluğuna işləyən bıçaq yarası və sağbazunun tış hissəsinin kəsilmiş bıçaq yarası xəsarətlərini yetirib. Faktla bağlı Tovuz RPŞ-nin İstintaq bölməsində …

Read More »

Hərb Tarixi Muzeyində “Müdrik lider, böyük strateq, qalib sərkərdə” adlı tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş “Müdrik lider, böyük strateq, qalib sərkərdə” adlı “dəyirmi masa” keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İnstitutu, media və ictimaiyyətin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, eləcə də digər qonaqlar iştirak ediblər. Əvvəlcə …

Read More »

Şərurda restoran yanıb

Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində restoran yanıb. Boyukmillet.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərməyən restoranda yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Read More »

Bakı-Quba-Rusiya ödənişli yolundan istifadə qaydaları məlum olub

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yolda iki cür hərəkət zolağı var. Onlardan biri sürətli, digəri isə adi keçiddir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib. A.Nəcəflinin sözlərinə görə, adi zolaqlarda sürücü məntəqəyə yaxınlaşaraq xüsusi çipli kartları əldə …

Read More »

Şəmkirdə avtoqəza olub, xəsarət alanlar var

Şəmkir rayonu Qasımalılar kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, “VAZ-2106” markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü – 2004-cü il təvəllüdlü Sənan Quliyev, sərnişinləri, 2003-cü il təvəllüdlü Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. …

Read More »

“Əbədi İztirab” sənədli filminin təqdimatı keçirildi — FOTOLAR

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Əbədi İztirab” sənədli filminin təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, hüquq elmlər doktoru, professor Bəhram Zahidov, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin …

Read More »

Məhəmməd Rəbbani: “Fransa hökumətinin müsəlmanlara qarşı siyasəti təhqiramizdir”

“Fransa hökumətinin müsəlmanlara qarşı indiki siyasəti təhqiramizdir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın müstəqil insan haqları təşkilatı olan CAGE-nin icraçı direktoru Məhəmməd Rəbbani jurnalistlərə açıqlamasında deyib. M.Rəbbani bildirib ki, onun qeyri-hökumət təşkilatı Fransa hökumətinin siyasətindəki sui-istifadə hallarını sənədləşdirir: “Bu, terrorla mübarizə bəhanəsi ilə həyata keçirilir”. “Mənim təşkilatım bu faktla cəmi iki ay əvvəl ATƏT-in Polşada keçirilən konfransında bilavasitə üzləşmişdi. …

Read More »

Azərbaycan və Səudiyyə Ərəbistanı ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələri müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, nazir, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Samir Şərifov Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib. Görüşdə siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, bu xüsusda …

Read More »

BMT-nin Baş katibi Misirdə səfərdədir

BMT-nin Baş katibi Antonio Quterreş Misirin Əl-Ariş şəhərinə gəlib. Boyukmille.com xəbər verir ki, bu barədə “Al-Qahira al-Ihbariya” telekanalı məlumat yayıb. Bildirilib ki, A.Quterreş buradan Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinə gedəcək.

Read More »