Cümə , 26 Aprel 2024
Drone Cameras

Avtomobillər elan saytlarından çıxarılır – BAHALAŞACAQ

Azərbaycanda elan vasitəsilə satışa çıxarılan avtomobillər kütləvi şəkildə saytlardan çıxarılır. 
Boyukmillet.com-un xəbər verir ki, bunu fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib.

O bildirib ki, əvvəl avtomobilini elan saytları vasitəsilə satışa çıxaranlar müraciət edib elanları saytlardan çıxarırlar. Son bir ayda yerləşdirilən avtomobil elanlarının 30-40%-i artıq silinib. Məsələn, bir ay əvvəl avtomobili 8 min manata satışa çıxarıb. Amma bu gün həmin maşını 8 min manata satmaq ona sərfəli deyil. Çünki bir ay sonra həmin avtomobil 9 min manata kimi bahalaşacaq. Bunu nəzərə alan avtomobil sahibi bir qədər də gözləyib avtomobili daha baha satmaq istəyir.

O bildirib ki, elanla kütləvi satışı dayandırılan avtomobillər qiyməti 8-12 min manat olan E və C seriyasına aid köhnə “Mercedes” modelləri, “Opel Vectra”, “Opel Astra”, “Kia Rio”, “Hyundai Accent” avtomobilləridir. Ona görə də bahalaşma daha çox bu avtomobillərdə olacaq:

“Bazarın ürəyi qiyməti 10 min manat civarında olan avtomobillərdə döyünür. Söhbət burada taksi fəaliyyəti üçün əlverişli olan avtomobillərdən gedir. Bundan baha avtomobillər bazar üçün prioritet deyil. Məsələn, 16-18 min manatlıq “Hyundai Sonata”, 20 min manatlıq “Kia Sportage” taksi olacaq avtomobil deyil”.

V. Hüseynov deyib ki, qiyməti 10 min manat civarında olan avtomobillər 10-15%-ə qədər, yəni 1000-1500 manat bahalaşacaq. Qiyməti bundan yuxarı olan avtomobillərdə isə istisna hallarda 3-5% artım ola bilər ki, bu da yüksək artım hesab edilmir.

 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir