Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

Sumqayıtda yaşayanlara şad xəbər

Sumqayıt dənizkənarı parkının ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması layihəsi baxılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə trend-ə “Aztelekom” MMC-nin Sumqayıt telekommunikasiya qovşağından məlumat verilib.

Məlumatda qeyd olunur ki, şəbəkənin yaradılması ilə bağlı işlər layihənin qurum tərəfindən təsdiqlənməsindən dərhal sonra başlayacaq: “Hələlik ödənişsiz “Wi-Fi” şəbəkəsinin Sumqayıt dənizkənarı parkının ərazisində yaradılması nəzərdə tutulur.”

Qeyd edək ki, “Bakı Telefon Rabitəsi” MMC Bakı şəhərinin ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması ilə məşğul olur. Bugünədək paytaxtın 17 parkında belə şəbəkələr yaradılıb.

 

Boyukmillet.com

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir