Bazar ertəsi , 4 Dekabr 2023

Azərbaycanın hansı şəhər və rayonlarında mədrəsələrin açılacağı məlum olub – SİYAHI

Azərbaycanın müxtəlif şəhər və rayonlarında 7 yeni mədrəsənin açılması planlaşdırılır.
“Report”un əldə etdiyi məlumata görə, həmin dini məktəblər Bakı şəhərində yerləşən “Heydər” və “Bibiheybət” məscidlərinin nəzdində, Nardaran qəsəbəsində, Naxçıvan, Gəncə, Lənkəran şəhərlərində və Quba rayonunda fəaliyyət göstərəcək.
Gənclərə yüksək səviyyəli dini təhsil verilməsini nəzərdə tutan mədrəsələrdə təhsil alanlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən həm təqaüd veriləcək, həm də onlar yataqxana və geyimlə təmin olunacaqlar.
Hazırda müvafiq qurumlar bu istiqamətdə iş aparır.
Qeyd edək ki, bu gün Azərbaycanda üç mədrəsə – Bakıda “Şəbnəm” qızlar mədrəsəsi, Zaqatala rayon Əliabad islam mədrəsəsi və Şəki islam mədrəsəsi dövlət qeydiyyatına alınıb.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir