Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 202,6 mln. ton yük və 1 746,5 mln. sərnişin daşıyıb.
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,5% azalıb, sərnişin daşınması isə 2% artıb.
Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub. Yüklərin 63,9%-i avtomobil, 26,6%-i boru kəməri, 6,9%-i dəmir yolu, 2,5%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,5%-i avtomobil, 11,3%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
Check Also
Keçmiş Mədəniyyət naziri Anar Kərimovun kadrı Səxavət…
Ağdaş Regional Mədəniyyət idarəsi Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarındakı mədəniyyət obyektlərinə nəzarəti həyata keçirtməli olan …