Cümə , 26 Aprel 2024
Drone Cameras

Azərbaycanda turizm obyektləri üçün məhdudiyyətlər qoyula bilər

Azərbaycanda turizm obyektləri üçün bəzi məhdudiyyətlərin qoyulması təklif edilir.

 

Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində qeyd edilir ki, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına uyğun olaraq, mədəni və təbii irs siyahısına daxil olan, eyni zamanda bu siyahıya daxil olmayan, lakin təkrarolunmaz turizm obyektləri üçün qanunvericiliyə uyğun olaraq nəzarət orqanı tərəfindən xüsusi mühafizə və qorunma rejimi müəyyən edilir. Belə rejim isə həmin obyektə turistlərin axınının məhdudlaşdırılmasını nəzərdə tutur. Bu hal “”İçərişəhər” Tarixi-Memarlıq Qoruğu və “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğuna şamil edilmir.

Turizm obyektlərinə dair məhdudiyyətləri nəzərdə tutan rejim müəyyən edilərkən həmin obyektin turizm axınını qəbul etmək imkanları, antropogen təsirə davamlılıq gücü və nəzarət orqanının rəyi nəzərə alınmalıdır. Obyektin turist qəbulu imkanları azaldıqca, habelə antropogen təsir artdıqca və bu halların vüsət alacağı barədə ehtimallar yüksək olduqca həmin obyektə dair məhdudiyyətlər artırılmalı, obyektin qorunma səviyyəsi yüksəldilməlidir. Məhdudiyyətlərin növləri və qoruma üsullarına müvafiq nəzarət orqanı tərəfindən 3 aydan bir baxılmalıdır.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir