Cümə , 26 Aprel 2024
Drone Cameras

Rusiya separatçıları Moskvaya dəvət edir

Sentyabr ayının sonlarında Rusiya paytaxtında dünyanın bütün separatçı rejimlərinin toplantısı keçiriləcək.

“OLAYLAR”-ın xəbərinə görə, toplantıda qondarma DQR-də təmsil olunacaq. Məsələyə münasibıət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya bolşevikləri əvvəl “bütün dünyanın proletarları birləşin” hayqırırdı, estafeti kommunistlərdən alan indiki burjua Moskvası isə “bütün dünyanın separatçıları birləşin” deyir: “Demək, bolşeviklər indikilərdən daha ağıllı idi. Çünki onların şüarı biləşdirici idi, indikilər isə separatçıları Moskvaya toplamaqla Böyük Britaniyanın (Şimali İrlandiya və Şotlandiya), İspaniyanın (Kataloniya), Gürcüstannın (Abxaziya və Cənubi Osetiya) və Azərbaycanın (Dağlıq Qarabağ) ərazi bütövlüyünə meydan sulamaqla ayırıcı siyasətə üstünlük verir. Moskvada separatçıların toplantısı Rusiyanın ənənəvi “parçala və hökm sür” siyasətinin tərkib hissəsidir. Yeni heç nə icad etməyiblər. 1990-2000-ci illər arasında Çeçenistan da o biriləri kimi ayrılmaq istədikdə heç bütün dünyanın separatçılarını toplamaq Moskvanın yadına düşmürdü. Çünki özünə sərf etmirdi”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir