Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycanlı İŞİD…in komandirinə pul ataraq Suriyadan qaçdı

Cihad adı altında Suriya torpaqlarına üz tutan “mücahidlər”in əksəriyyəti bir-birlərini yaxından tanıyıblar.

Boyukmillet.com  Virtualaz.org-a istinadən xəbər verir ki, Yaxın Şərqdə cərayan edən qanlı hadisələr, 2012-ci ildən üzü bəri xilafət yaratmaq istəyən qüvvələr barədə mətbuatdan oxuyub, internetdə yayımlanan videoları izləyib, öz aralarında dini mövzularla bağlı söhbətlər aparıblar. Hər bir müsəlmanın cihadda iştirakının vacib olduğunu düşünən gənclər beləcə bir-birinin ardınca Suriyaya yollanıblar.

Kimi “Cəbhət-ən-Nusra”ya, kimi “Azəri camaatı” na, kimisi isə “Ömər Şişani”nin (“Çeçen” ləqəbi ilə tanınan, milliyyətcə gürcü olan, Suriyaya gəldikdən sonra Ömər Şişani adını alan Tarxan Batiraşvili nəzərdə tutulur. Ömər Şişani İŞİD-in Suriyadakı komandiri kimi tanınıb. O, ötən ilin 10 iyul tarixində ABŞ-ın Suriyanın Əş Səddadi şəhəri yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb – vitualaz.org) rəhbərlik etdiyi “Muhacirun” qruplaşmasına qoşulublar.

“Mücahidlər”in ailələrinə əqidə yoldaşları arasında nüfuzlu dindar kimi tanınan yaşı 40-ı haqlamış Süleyman (şəxsiyyəti istintaqa məlum deyil – red.) adlı şəxs maddi köməklik göstərib. Cihada getmək istəyənlər üçün isə “Abdul Rəşid”in evi bir növ məntəqə rolunu oynayıb…

Həmin “məntəqə”dən Suriya yollanan, “Ömər Şişani”nin başçılıq etdiyi “Muhacirun” qruplaşmasına qoşulanlardan biri də Qəhrəmanov olub. Artmada baş verənləri görüncə isə dərin stress keçirən Qəhrəmanov fikrindən daşınıb və Azərbaycana dönməyi qərara alıb.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir