Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Bakıda QDİƏT-in komitə iclası başlayıb

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin (PM) Mədəniyyət, təhsil və sosial, məsələlər üzrə komitəsinin 48-ci iclası keçirilir.
“Report”un xəbərinə görə, iclasda Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin sədr müavini Asəf Hacıyev, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasındakı (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və xarici qonaqlar iştirak edir.
Komitə iclasında “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə dayanıqlı sağlamlığın qorunmasında parlamentin rolu” mövzusunda müzakirələr aparılacaq.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir