Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsində azərbaycanlı girovlarla bağlı məsələ qaldırılacaq-Foto-Video

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin (CİPDH) Balkan Departamentinin rəhbəri Yevgeniy Alimovla görüş keçirilib.

BDM mətbuat xidmətindən boyukmillet.com-a verilən məlumata görə, görüşdə BDM sədri İsmayıl Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, dinc Azərbaycan vətəndaşlarına qarşı Ermənistan silahlı birləşmələri tərəfindən həyata keçirilən hərbi cinayətlər haqqında qonağa geniş məlumat verib. Daha sonra İ.Ağayev Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi və Ermənistan hakimiyyəti tərəfindən onlara qarşı həyata keçirilən işgəncə faktlarından danışıb. Görüşdə eyni zamanda Metsamor AES-nın regionda yaratdığı təhlükə ilə bağlı fikir mübadiləsi aparılıb. Metsamor AES haqqında toplanılmış məlumatlar və eyni zamanda Azərbaycan girovları Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinə BDM tərəfindən hazırlanmış müraciət Yevgeniy Alimova təqdim edilib. Yevgeniy Alimov isə öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirərək BDM-in CİPDH ilə əməkdaşlığını yüsək qiymətləndirib. O, azərbaycanlı girovlarla bağlı onlara edilən müraciət barədə komitədə məsələ qaldırılacağını və Ermənistan hakimiyyətinə bu istiqamətdə rəsmi müraciət edəcəklərini bildirib. Görüşdə Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin (CİPDH) inspektoru Firdovsi Ələkbərov, komitənin eksperti Məzahir Məmmədov və BDM sədrinin birinci müavini Samir Adıgözəlli də iştirak edib. 

 

boyukmillet.com

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir