Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Bakıdan Şirvana aparılan məhkumlar qatardan qaçdı

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.
 
Boyukmillet.com xəbər verir ki, APA-nın əldə etdiyi məlumata həmin məhkumlar Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayananda onlardan ikisi qaçmağa nail olub.
 
Hazırda qaçan məhkumların axtarışı davam edir. 
 
***
Bakıda qaçan məhbusların adları məlum olub. Hüquq-mühafizə orqanlarından bildirilib ki, verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
 
E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
 
***
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmət (PX) məhkumların qaçması haqqında məlumat yayıb.
 
PX-in İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumatda bildirilir ki, oktyabrın 23-də Bakı-Astara-Bakı  planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
 
Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə.Ağami barəsində  müvafiq məlumatlar təqdim edilib.
 
Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanmış, istintaq aparılır.
 
Axtarış tədbirləri davam etdirilir.

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir