Şənbə , 20 Aprel 2024
Drone Cameras

Cəfər Həsənəliyev: “Etibar Pirverdiyevin adından istifadə edən qohumları indi də ləzgi mafiyası ilə məni hədələyirlər”

Xəbər verdiyimiz kimi, Bakı şəhər sakini Cəfər Həsənəliyev tərəfindən saytımıza müraciət daxil olmuşdur. O, müraciətində bildirmişdir ki, Sumqayıt Texnologiyalar Parkında məsul vəzifədə çalışan Faiq Ağayev və Rübabə Ağayeva tərəfindən onun həyat yoldaşı Lalə İbrahimovaya qarşı dələduzluq edilib. Qızıl ticarəti ilə məşğul olan Lalə İbrahimovadan Rübabə Ağayeva 17. 602 manat dəyərində qızıl-zinət əşyaları götürərək bu ilin oktyabr ayının 10-da pulunu verəcəyi barədə aktı imzalayır. Pulun ödəniş vaxtı çatanda isə  Rübabə Ağayeva ödəniş etməkdən imtina etmiş və Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edir. Lalə İbrahimova Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində dindirildikdən sonra heç bir əsas olmadığına görə sərbəst buraxılıb. Lakin C. Həsənəliyevin bildirdiyinə görə, onlara qarşı dələduzluq etmiş və məhkəmə tərəfindən 7 il 6 ay həbs cəzası alan Pərvanə Hüseynova adlı şəxsin prosesində adı çəkilən şahidlər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu işlə bağlı izahat almağa çağırılırlar. Şikayətçi C. Həsənəliyevin verdiyi məlumata əsasən onları aldadaraq qızıl-zinət əşyalarını mənimsəyən Rübabə Ağayeva haqqında bu ilin oktyabr ayının 17də Səbail RPİ-nə və Səbail Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət ediblər. Şikayətçinin iddiasına görə onları aldadan Ağayevlər “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevlə qohum olduqlarını bildirərək hər cür təziq vasitələrindən istifadə edərək, pulu qaytarmayacaqlarını bildirirlər. C. Həsənəliyev bildirir ki, bu azmış kimi Faiq Ağayev onları təhdid etməyə də başlamış və ləzgi mafiyasının arxalarında durduğunu, Dağıstandan onun üstünə “razborşiklər” gətirəcəyini demişdir.  Şikayətçi saytımıza son açıqlamasında ona qarşı təhdidlər davam edərsə ölkə prezidenti və birinci vitse-prezidentə bununla bağlı müraciət edəcəyini bildirib.

P.S. Xəbərdə adı çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.

 

Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir