Cümə , 26 Aprel 2024
Drone Cameras

“Beynəlxalq Bank işi”ndə şahid ifadələri dinlənilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Trend-in məlumatına görə, prosesdə hakim bildirib ki, şahidlərin məcburi gətirilməsi barədə qərar qəbul olunsa da, məhkəməyə onların xaricdə olması barədə sənəd daxil olub.

Vəkil Aqil Layicov isə şahidlərin prosesə gətirilməsini istəyib. O qeyd edib ki, 6 şahid məhkəməyə gətirilməli və istintaqa verdikləri ifadələri təsdiqləməlidirlər.

Məhkəmədə prosesə gəlməyən 6 şahidin ibtidai istintaqa verdiyi ifadələr elan olunub.

Vəkil Azər Tağıyev bildirib ki, ifadəsi elan olunan şahidlərin məhkəməyə gətirilməsi vacibdir.

Hakim bildirib ki, şahidlər xaricdə olduğu üçün məhkəməyə gələ bilmirlər. Ona görə də məhkəmə ifadələrin elan edilməsi barədə qərar qəbul edib.

Prosesdə bəzi sənədlərin tədqiqinə başlanıb və bəzi sənədlər elan olunub.

Proses fasilədən sonra davam etdiriləcək.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir