Cümə , 19 Aprel 2024
Drone Cameras

Binəli Yıldırım Naxçıvanda – onu hava limanında Vasif Talıbov qarşıladı

Boyukmillet.com Azinforum.az-a istinadən xəbər verir ki, Türkiyə Cumhuriyyətinin baş naziri Binəli Yıldırımım təyyarəsi bir neçə saat əvvəl Naxçıvan  Beynəlxalq Hava Limanında eniş edib. Ali qonağı hava limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Naxçıvandakı baş konsolu Nihat Erşən və digər şəxslər qarşılayıb.  Qeyd edək ki, Binəli Yıldırımı bu səfərdə dövlət rəsmilərindən ibarət böyük heyət müşahidə edir.

Türkiyənin baş naziri Ulu Öndər Heydər Əliyevin abidəsini  ziyarət edib, onun  önünə əklil qoyub. Daha sonra Naxçıvan Ali Məclisində Vasif Talıbovla görüşə yollanıb. Görüşdən sonra baş nazirin şərəfinə rəsmi ziyafət veriləcək.

Qeyd edək ki, bu səfər tarixi əhəmiyyətə malikdir. Belə ki, B.Yıldırım son doqquz il ərzində Türkiyədən Naxçıvana səfər edən ilk baş nazirdir.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir