Şənbə , 27 Aprel 2024
Drone Cameras

“Dərbəndə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinə qarşı təxribatın baş verdiyinin şahidi oldum”

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bildirib ki, Rusiyada yaşayan azərbaycanlı miqrantların hüquqları çox kobud şəkildə pozulur. Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlı miqrantların hüquqlarının qorunması istiqamətində Rusiya Federasiyası ombudsmanı ilə sıx əməkdaşlıq edilir və bu sahədə bir sıra uğurlar əldə olunub.

Ombudsmanın bu narahatlığına səbəb olan başlıca faktor nə ilə bağlıdır?

Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ombudsmanın bu narahatlığı əbəs yerə deyil: “Bilirsiniz ki, Rusiya çox böyük ölkədir. Ərazisinə nisbətdə əhalisi olduqca azdır. Bu səbəbdən də miqrantlara tələbat var. Rusiyada yaşayan azərbaycanlıların sayı ilə bağlı müxtəlif statistik məlumatlar səsləndirilir. Onları dəqiqləşdirmədən belə deyə bilərik ki, bu say milyonlarla ölçülür. Ən başlıcası isə budur ki, Rusiyada yaşayan azərbaycanlıların böyük hissəsi orada vətəndaş kimi deyil, miqrant statusunda yaşayır. Biz tez-tez Rusiyada oluruq. Bu sarıdan ciddi problemlər yaşanır. İki gündür  Rusiyadan qayıtmışam. Böyük şəhərlərdəki soydaşlarımız vəziyyətlərinin get-gedə pisləşdiyini deyirlər. Bilirsiniz, son vaxtlar yaradılan bu vəziyyətə yalnız bir prizmadan da yanaşmaq olmaz. Bu vəziyyəti sırf Rusiya hakimiyyətinin soydaşlarımıza yönəlik siyasəti kimi dəyərləndirmək də düzgün deyil. Çünki şəhərlərdə vəziyyət fərqlidir. Bunun başlıca səbəbi orta məmur təbəqəsindən qaynaqlanır. Bizim araşdırmamız nəticəsində o da məlum olur ki, hansı şəhərlərdə ki, ermənilər vəzifələrdədir, orada soydaşlarımıza qarşı daha aqressiv münasibət ortaya qoyulur. Bu baxımdan da ombudsmanın narahatlığını əsaslı sayıram. Hesab edirəm ki, həmin qurumun ifadə etdiyi narahatlıqdan sonra bu istiqamətdə araşdırmalar aparıla bilər. Bu günlərdə Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinə qarşı təxribatın baş verdiyinin şahidi oldum. Bu fakt ikinci dəfədir təkrar olunduğu üçün, heykəlin barmağının sındırıldığını əks etdirən fotonu çəkib götürdüm. Lazımi yerlərə bu barədə məlumat da verdik. Bunun özü də bizə qarşı hörmətsizlikdir. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının birdəfəlik ləğvini də bu təzyiqlər sırasına aid edə bilərik. Bir qurum bu qədər faktla mübarizə apara bilməz. Dövlət qurumları, QHT-lər və digər təsisatlar bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir