Şənbə , 13 Dekabr 2025

ASK

Cəlilabadda təkrar əkilən qarğıdalı sahələri bu il artırılıb

Cəlilabad rayonunda təkrar əkilən qarğıdalı sahələri bu il xeyli artırılıb. Bu barədə “Report”un Muğan bürosuna Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib. Belə ki, rayonun ayrı-ayrı kəndlərində 500 hektar sahədə qarğıdalı əkilib. Ötən il isə bu rəqəm 200 hektar olub. Bu isə 2,5 dəfə sahələrin artması deməkdir. Qeyd edək ki, bu il rayonda 91 hektar sahədə yazlıq qarğdalı əkilib. Həmin sahələrdən 320 …

Read More »

Məcnun Məmmədov Zaqatalada vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Qax və Balakəndən, eyni zamanda Bakı şəhəri, Ağdaş, Beyləqan, Kəlbəcər, Masallı, Sabirabad, Xızı və digər rayonlardan olan vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların verilməsi, işlə təminat və işə …

Read More »

İmişlidə taxıl biçini yekunlaşıb

İmişli rayonunda cari ilin taxıl biçini başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu il rayonda payızlıq və yazlıq olmaqla 16 521 hektar sahədə taxıl əkilib. Bunun 9 137 hektarı buğda, 7 384 hektarı arpa sahəsidir. Zəmilərdə yetişən məhsul biçilib, 65 515,5 ton məhsul götürülüb və orta məhsuldarlıq 39,7 sentner olub. O cümlədən, 36 773 ton buğda toplanıb ki, burada da …

Read More »

Nazir müavini: “Azərbaycanın regionlarında “Belarus” mağazaları açılacaq”

Yaxın gələcəkdə regionlarda da “Belarus” mağazalarının açılması istiqamətində Azərbaycanın müvafiq qurumları ilə razılaşma əldə edilib. Boyukmillet.com xəbər verir ki, bu sözləri Belarusun kənd təsərrüfatı nazirinin müavini İqor Petroşenko 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgisinin açılış mərasiminə deyib. Onun sözlərinə görə, Bakıda “Belarus” brendi ilə 6 mağaza fəaliyyət göstərir: “Bu mağazalarda satılan ət …

Read More »

Azərbaycan FAO ilə azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsini müzakirə edib

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətlərdə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Məcnun Məmmədovun FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib. Nazir Viorel Gutu FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi …

Read More »

Palata: Aqrar sığortanın hesabatlılığında qanunvericiliyin tələblərinə əməl edilməyib

Azərbaycanda aqrar sığorta sahəsinin hesabatlılığında qanunvericiliyin tələblərinə əməl edilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülletenində bildirilir. Sənədə əsasən, auditlə toplanmış sübutlar auditlə əhatə olunan dövrdə istər Aqrar Sığorta Fondu, istərsə də İdarəedici Qurum tərəfindən sığorta fəaliyyətinin hesabatlılığını tənzimləyən hüquqi aktların tələblərinə əməl edilməyərək məcmu kapitalın (sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi …

Read More »

DGK ölkə vətəndaşının fiziki təzyiqə məruz qalması iddialarına cavab verib

Martın 29-da Abu-Dabi-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı Orxan Bayramlının fiziki təzyiqə məruz qalması barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. “Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir. Məlumatda deyilir ki, sərnişin qismində gələn O.Bayramlı Heydər Əliyev Beynəlxalq Aeroportunun T2 Terminalındakı gömrük nəzarəti zonasından keçərkən ona məxsus olan əl yüklərinə rentgen …

Read More »

Kənd Təsərrüfatı Nazirliyi kredit və güzəştlərlə bağlı 9 aylıq göstəriciləri açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi 5 473 ədəd kənd təsərrüfatı texnikasının və avadanlığının alınması üçün 43,9 milyon manat kredit və 65 milyon manat güzəşt ayırıb. Boyukmillet.com xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Bakıda keçirilən “Fermerlərin dəstəklənməsi və Dövlət-Özəl sektoru Əməkdaşlığı” mövzusunda tədbirdə bildirib. Bundan başqa, o qeyd edib ki, hesabat dövründə 2 513 baş damazlıq heyvanın maliyyələşdirilməsinə …

Read More »

Azərbaycan Cənubi Koreya şirkətlərilə “ağıllı kənd təsərrüfatı” ilə bağlı memorandum imzalayıb

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Cənubi cnın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətləri ilə “ağıllı kənd təsərrüfatı” sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Boyukmillet.com xəbər verir ki, imzalanma Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, KOTRA, İNPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” mövzusunda sınaq layihəsinin təqdimatı çərçivəsində baş tutub.Tədbirdə Koreya şirkətləri tərəfindən …

Read More »

Azərbaycanda pambıqçılıqda yerli sortlardan istifadənin genişləndirilməsi təklif edilir

Azərbaycan pambıq toxumçuluğunda yerli sortlardan istifadənin genişləndirilməsi təklif edilib. Kənd Təsərrüfatı Nazirliyindən “Report”a bildirilib ki, bu barədə pambıqçılığa həsr olunmuş tarla seminarında qeyd edilib. Nazirliyin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor və müəllim heyəti, Dövlət Aqrar və İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları, pambıq tədarükü və emalı ilə məşğul …

Read More »