Çərşənbə axşamı , 31 Mart 2026

Cəmiyyət

Azərbaycanda dövlət sosial xidmətlərindən yalnız COVID-19 pasportu olan şəxslər istifadə edə biləcək

Avqustun 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, vətəndaşların nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması …

Read More »

QAT gənc yazarın “Qarabağ Azərbaycandır!” adlı layihəsinin təqdimatını keçirdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə gənc əlil yazar Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır!” adlı yaradıcılıq layihəsinin təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbiri aparıcı Firəngiz Əkbərova açaraq qonaqları salamlayıb, tədbirin məqsədi və məramı ilə bağlı qısa məlumat verib. Sonra QAT sədri Akif Nağıgiriş sözü ilə çıxış edib. A.Nağı bildirib ki, Vətən üçün, dövlət üçün, millət üçün çalışan bu cür gənclərə həm dövlət, …

Read More »

Bu gündən 20 ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib

Bu gündən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Boyukmillet.com-un xəbərinə görə, həmin şəxslər COVID-19 pasportu və 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycan gəlib-gedə biləcəklər. Vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin siyahı: 1. Almaniya Federativ Respublikası; …

Read More »

Ötən gün toy qaydalarını pozan 71 nəfər cərimələnib, 2 119 nəfər şənliyə buraxılmayıb

Avqustun 3-də Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 276 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən verilən məlumata görə, monitorinq 224 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: – 71 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena …

Read More »

Bu gün rezidenturaya və hərbi liseylərə qəbul imtahanları keçiriləcək

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi və hərbi liseylərə qəbul imtahanları keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində baş tutacaq. Hər iki imtahan saat 10:00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İştirakçılar DİM-in internet saytına …

Read More »

Çempionlar Turu: Şəhriyar Məmmədyarov bu gün 1/4 finalda Aronyanla qarşılaşır

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan “Chessable Masters”də bu gün 1/4 final görüşlərinə start veriləcək. Boyukmillet.com məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gələcək. 1/4 final mərhələsi iki gün davam edəcək. 36 yaşlı qrossmeyster ötən gün XIV turda Aronyanla heç-heçə edib. O, təsnifat mərhələsini 9 xalla 7-cı pillədə …

Read More »

AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırıb

AZAL sərnişinləri hava nəqliyyatı ilə sərnişin daşımalarının müvəqqəti qaydaları barədə məlumatla və qaydalara edilən dəyişikliklərlə diqqətlə tanış olmağa çağırır. Daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur. Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma …

Read More »

Qarabağ qazisindən 135 min dollar istənilib

“Parabokt” ASC kredit təşkilatı 1-ci və 2-ci Qarabağ mübaribəsi iştirakçısı və əlili Məmmədəli Bağırova qarşı məhkəmə iddiası qaldırıb. Boyukmillet.com xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində baş tutan iclas hakim Səlimə Miriyevanın sədrliyi ilə keçirilib. Belə ki, maliyyə təşkilatı müharibə iştirakçısından 135 min ABŞ dolları kredit borcunun ödəməsini tələb edib. Lakin məhkəmənin qərarına əsasən, “Parabokt” ASC-nin qaldırdığı iddia rədd edilib.

Read More »

Azərbaycanda avqustun 9-dan vaksinlərlə bağlı “Əks göstəriş sertifikat”ı veriləcək

Avqust ayının 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Qeyd olunub ki, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə …

Read More »

Göyçayda “Hak inşaat” satış mağazası açıldı

Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Göyçay rayonunda da diqqət mərkəzində saxlanılır və sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılır. İnşaat mallarının satışı üzrə regionda ən böyük şirkətlərindən olan “Hak inşaat” Göyçayda satış mərkəzinin açılışını edib. “Çanakkale Seramik” şirkətinin mağazası Azərbaycan, Türkiyə, Rusiya, İran, Çin, Özbəkistanın tanınmış “Çanakkale Seramik”, “Rivana”, “Pro Celing”, …

Read More »