Cümə , 22 Noyabr 2024

Diaspor

Azərbaycan Türküstanda türk xalqlarının mədəniyyət festivalında təmsil olunub

Qazaxıstanın Türküstan vilayətindəki “Karvansaray” turist kompleksində Novruz bayramı münasibətilə keçirilmiş türk xalqlarının mədəniyyət festivalında Azərbaycan da təmsil olunub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Komitənin dəstəyi və “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən nümunələr nümayiş etdirilib. Türküstan vilayəti akiminin müavini Beysenbay Tajibayev …

Read More »

Daşkənddə Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılışı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi olub. Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül-çiçəklər qoyublar. Muzeyin açılış lenti kəsilib, qonaqlar muzeyin müxtəlif bölümləri, eksponatları ilə tanış olublar. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir …

Read More »

Tbilisidə “Xocalıya ədalət” tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib

Fevralın 24-dən başlayaraq Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirilir. Aksiya Gürcüstandakı “Azərbaycan Evi”nin, AZEBİ və “Alyans” Gənclər Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya Ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilir. Akiya zamanı üzərində gürcü və ingilis dillərində “Xocalıya Ədalət!” tələbinin əks olunduğu 4 yük avtomobili paytaxtın mərkəzindəki Aleksandr Çavçavadze küçəsindən hərəkət etməyə …

Read More »

Vilnüsdə litvalı jurnalistin “Xocalıya ədalət” adlı fotosərgisi təqdim olunub

Litva paytaxtındakı Jurnalistlər Evində Xocalı soyqırımının şahidi, Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran litvalı jurnalist Riçardas Lapaitisin “Xocalıya ədalət” adlı fotosərgisi nümayiş etdirilib. Sərgidə Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev ölkəmizin başına gətirilən bu dəhşətli faciəni unutmağın qeyri-mümkün olduğunu bildirib. “Hər bir ölkədə bədbəxt …

Read More »

Polşada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Polşada Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasim Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və “Arts Council Azerbaijan” QHT-nin dəstəyi ilə keçirilib. Mərasimdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı …

Read More »

Müsəlman ölkələrindəki diaspor fəallarımız Türkiyəyə yardıma qoşulub

Müsəlman ölkələrində yaşayan Azərbaycan diasporunun fəalları Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım kampaniyasında fəal iştirak edirlər. Boyukmillet.com xəbər verir ki, Pakistanda yaşayan Şəhla İsayeva və həyat yoldaşı, eləcə də onların təşəbbüsü ilə TUMSİAD-ın Pakistan filialının üzvləri tərəfindən 93 500 manat (55 304 ABŞ dolları) məbləğində vəsait Türkiyənin bu ölkədəki səfirliyinin hesabına köçürülüb. Birləşmiş Ərəb Əmirliklərində yaşayan Nuranə Hüseynova və Həsənağa Qurbanın …

Read More »

Türkiyədə zəlzələ baş verən ərazilərdə yaşayan azərbaycanlılar: “Tələbələrimiz sığınacaqlardadır”

“Report”un Ankara bürosu Türkiyənin zəlzələ baş verən ərazilərində yaşayan azərbaycanlı ailələrlə əlaqə saxlayıb. Adanada yaşayan azərbaycanlı Rüxsarə Çelikkıran “Report”un qardaş ölkədəki əməkdaşına bildirib ki, ilk zəlzələnin baş verdiyi saatdan ailəsi, üç övladı ilə birgə evi tərk ediblər, yağışlı hava şəraitində həyat yoldaşının avtomobilinə sığınıblar. O, saat 13:24 radələrində baş verən təkanları isə daha çox hiss etdiklərini deyib: “İlk vaxtda elektrik …

Read More »

İzmirdə Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma etiraz olaraq aksiya keçirilib

Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumla bağlı Türkiyənin İzmir şəhərində etiraz aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dpvlət Komitəsindən bildirilib. Qeyd olunub ki, Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı ilə aksiya Alsancak Kıbrıs Şəhidləri Caddəsində baş tutub. Aksiyada mərkəzin sədri Cemal Mehmethanoğlu, İdarə Heyətinin üzvü Mesut Haray və jurnalist Nigar Ogeday çıxış ediblər. Onlar xain terror …

Read More »

İsveçrə azərbaycanlıları beynəlxalq birlikdən ədalət tələb edir

Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş silahlı hücum İsveçrədə yaşayan soydaşlarımızda hiddət doğurub, həmvətənlərimiz beynəlxalq birlikdən ədalət tələb edir. İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının və İsveçrə Azərbaycanlıları Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyasının yaydığı bəyanatlarda ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənib. İranda heç bir diplomatik nümayəndəliyin, eləcə …

Read More »

Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib  

Qərbi Azərbaycan İcması ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə bu gün edilmiş silahlı hücumu şiddətlə qınayır. “Silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə baş sağlığı verir və yaralananlara şəfa diləyirik. Elçilərin toxunulmazlığına dair islam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və …

Read More »