Sudanda ordu ilə xüsusi təyinatlıların silahlı qarşıdurmaları nəticəsində 604 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Sudan Həkimləri Sindikatının məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölən mülki vətəndaşların sayı 487 nəfərə yüksəlib, 2 612 nəfər yaralanıb. Əsas toqquşmalar Sudanın paytaxtı Xartumda gedir.
Read More »Ukrayna SQ: “Rusiya ordusu Baxmutda fosforlu bombadan istifadə edib”
“Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhərində fosforlu bombadan istifadə edib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib. O bildirib ki, bu, nəticəsiz olub: “Biz mövqelərimizi qoruyuruq”. Qeyd edək ki, təxminən 7 aydır Baxmutda gərgin döyüşlər gedir.
Read More »İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
İranın Xuzistan əyalətində əcnəbi dildə yazılar qadağan edilib. Sitat.info xəbər verir ki, İranın cənub-qərbində ərəblərin çoxluq təşkil etdiyi Xuzistan əyalətində fars dilindən başqa işarələrdən istifadə etmək qadağan edilib. Məlumata görə, Xuzistanın Mədəniyyət və İrşad direktoru Rza Kulahleç mövzu ilə bağlı məlumat verib. “Mağazalar və keçidlər xarici dil lövhələrini çıxarıb farscaya çevirməlidir”. “Bütün kommersiya müəssisələri istifadə edəcəkləri ad üçün fars dilini qorumaq …
Read More »Böyük Britaniyanın keçmiş baş naziri Tayvana səfər edəcək
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass gələn həftə Tayvana səfər edərək ada rəhbərliyinin nümayəndələri ilə görüşmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə baş nazir olaraq cəmi 1,5 ay çalışmış L.Trass özü məlumat yayıb. “Tayvan azadlıq və demokratiyanın çırağıdır. Pekin rejiminin getdikcə aqressiv hərəkətləri və ritorikası fonunda şəxsən Tayvan xalqı ilə həmrəylik nümayiş etdirməyi səbirsizliklə gözləyirəm”, – o deyib. …
Read More »Türkiyədə 4 mərtəbəli bina çökdü
Türkiyənin Bursa şəhərində 4 mərtəbəli bina söküntü zamanı bir anda çöküb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Bölgəyə çoxlu sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları, axtarış-xilasetmə və AFAD qrupları cəlb edilib. Dağıntılar altında insanların qalma ehtimalı nəzərə alınaraq axtarış işlərinə başlanıldı.
Read More »Ərdoğan: “Türkiyədə məmurların maaşları 45% artacaq”
“Türkiyədə məmurların maaşı 45% artacaq, minimum əmək haqqı isə 15 min lirə olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il İctimai Kollektiv Əmək Müqaviləsi Çərçivə Anlaşması Protokolunun imzalanma mərasimində deyib. “Bu kollektiv müqavilə çərçivəsində sosial təminat payı da daxil olmaqla, maaşları 45% artırırıq. Beləliklə, dövlət qulluqçusunun ən aşağı maaşı 15 min lirə olacaq”, – o …
Read More »Hürriyət: “Türkiyədə prezident seçkiləri ilk turda Ərdoğanın qələbəsi ilə başa çatacaq”
Türkiyədə prezident seçkiləri ilk turda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatacaq, seçkilərdə seçicilərin 90%-dən çoxu iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə çərşənbə axşamı “Hürriyət” qəzeti son keçirilən, lakin MSK-nın qadağası səbəbindən dərc olunmayan sorğunun məlumatlarına istinadən yazıb. “Prezident seçkiləri yekun mərhələyə qədəm qoyarkən Ərdoğan və Kılıçdaroğluna səsvermədə maraqlı hadisələr yaşanır. Qadağaya görə, sorğunun nəticələri …
Read More »Pakistanın keçmiş Baş naziri həbs olunub
Pakistanın keçmiş Baş naziri İmran Xan həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistanın “Geo TV” telekanalı məlumat yayıb. Onun həbs olunmasının səbəbi hələ açıqlanmayıb. Qeyd edək ki, keçmiş Baş nazir daha əvvəl terrorçuluqda ittiham olunub.
Read More »BMT: “Müharibədə Ukraynanın 23,6 min nəfər mülki vətəndaşı həlak olub”
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı 24 fevral 2022-ci il tarixində Rusiyanın hücumunun başlamasından bu günə kimi Ukraynada ölən mülki vətəndaşların sayını açıqlayıb. Məlumata görə, Ukraynada müharibə zamanı 23 606 nəfər mülki vətəndaş həlak olub. Boyukmillet.com xəbər verir ki, o cümlədən 8 791 nəfər ölüb, 14 815 nəfər yaralanıb. İnsanların çoxu geniş miqyaslı məhvedici partlayıcı silahların istifadəsi …
Read More »Sudanda BMT-nin anbarları talan edilib
BMT münaqişədən zərər çəkən Sudanda 18 700 ton məhsulunun talan edildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq brifinqdə deyib. BMT rəsmisi bildirib ki, talan edilən məhsulların pul dəyəri 13 000 000 ABŞ dollarından artıqdır. F.Haqın sözlərinə görə, bölgədə BMT-nin sadəcə sadəcə ərzaq anbarlarında deyil, təşkilatın koordinasiya mərkəzində istifadə olunan noutbuk kimi ofis …
Read More »