ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşü yarımçıq dayandırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Almaniyanın “Вild” qəzeti yazıb. Məlumata görə, görüş zəngdən sonra davam edəcək.
Read More »Tramp: Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və ölkənin NATO-ya daxil olmaq ideyasından əl çəkməklə Rusiya-Ukrayna münaqişəsini, demək olar ki, dərhal dayandıra bilər. Boyukmillet.com-un məlumatına görə, ABŞ lideri bu barədə “Truth Social”da yazıb. “Ukrayna Prezidenti Zelenski istəsə, Rusiya ilə müharibəyə, demək olar ki, dərhal son qoya bilər, ya da döyüşməyə davam edə bilər. …
Read More »WSJ: Aİ Trampın bugünkü görüşdə Zelenskiyə təzyiq göstərəcəyini düşünür
Avropa rəsmiləri ABŞ Prezidenti Donald Trampın 18 avqustda keçiriləcək görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya-Ukrayna münaqişəsinin rəsmi Moskva tərəfindən təklif olunan sülh şərtlərini qəbul etməsi üçün təzyiq göstərəcəyini gözləyirlər. Boyukmillet.com-un məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti yazır. Qəzetin məlumatına görə, avropalılar Zelenskinin əsas vəzifəsinin Trampı münaqişənin tezliklə dayandırılması üçün daha üstün alternativlər olduğuna inandırmaq olduğunu düşünürlər. Nəşr …
Read More »Qəzzadan İsrail ərazisinə atılan raket zərərsizləşdirilib
Qəzza sektorundan olan radikalların İsrailə atdığı İsrail Hərbi Hava Qüvvələri tərəfindən “ələ keçirilib”. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail Hərbi Hava Qüvvələri Qəzza sektorunun mərkəzi hissəsindən İsrail ərazisinə tərəf hərəkət edən raketi ələ keçirib”, – bəyanatda deyilir. Qeyd edilib ki, hadisə ilə bağlı Qəzza sektoruna bitişik İsrail ərazilərində hava həyəcanı elan edilib.
Read More »Zelenski Trampla görüşmək üçün ABŞ-yə yola düşüb
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-yə uçub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında yazıb. O qeyd edib ki, Ukrayna lideri təyinat yerinə təxminən 6,5 saata çatacaq.
Read More »Putinin Ukraynadan əsas tələbləri – Siyahı YAYILDI
Cümə günü Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra Moskvanın təklifi ilə bağlı yeni detallar üzə çıxıb. Boyukmillet.com Modern.az-a istinadla xəbər verir ki, Putin Ukraynada müharibəni dayandırmaq üçün bir sıra şərtlər irəli sürüb. Sözügedən şərtlər “ərazi qarşılığında sülh” modelinə əsaslanır və Ukraynanın dövlətçiliyi üçün ciddi güzəştlər nəzərdə tutur. pizza Məlumata görə, Putin yalnız bütün paket üzrə razılaşma əldə …
Read More »Serbiyada etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb
Bazar günü gecə Valyevo, Belqrad və Serbiyanın digər şəhərlərində baş verən iğtişaşlar zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə bazar günü Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Dünənki razılaşdırılmamış etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb, onlardan 16-sı cinayət törətməkdə şübhəli bilinir. Daha 35 nəfər isə inzibati xətalara görə …
Read More »Avropa liderləri Zelenskini dəstəkləmək üçün Vaşinqtona səfər edəcəklər
Almaniya kansleri Fridrix Merts digər Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib. “Səfər ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra məlumat mübadiləsi aparmaq məqsədi daşıyır”, …
Read More »Özbəkistan Sankt-Peterburqdan 100 vətəndaşını geri qaytaracaq
Özbəkistan hakimiyyəti çətin vəziyyətdə qalan 100 soydaşını Rusiyanın Sankt-Peterburqdan geri qaytaracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dunya” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Özbəkistanın Baş Konsulluğu və Xarici Əmək Miqrasiyası Agentliyinin nümayəndəliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 30-dək həyata keçirilən “Vətənə qayıdış” xeyriyyə aksiyası çərçivəsində respublika öz vətəndaşlarını qaytaracaq. Onların geri dönüş vəsiqəsi və aviabiletlə təmin olunduğu, vətənə dönüşünün …
Read More »İsrail Ordusu avqustun 17-dən Qəzzaya yenidən çadırların daşınmasına icazə verəcək
İsrailin Müdafiə Ordusu avqustun 17-dən etibarən Qəzza zolağına yenidən çadırların və digər müvəqqəti yaşayış ləvazimatlarının daxil olmasına icazə verəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun nümayəndəsi Avixay Edri “X” sosial şəbəkəsində xəbər verib. “Bazar günündən etibarən BMT və beynəlxalq humanitar təşkilatların dəstəyi ilə “Kerem Şalom” nəzarət-buraxılış məntəqəsi vasitəsilə yenidən Qəzzaya çadırlar və digər müvəqqəti yaşayış ləvazimatları buraxılacaq”, – …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
