Cümə , 5 Dekabr 2025

Digər ölkələr

ABŞ İranı nümunə göstərərək Rusiyaya xəbərdarlıq edib

“ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının həllində səbri hədsiz deyil”. Boyukmillet.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. Jurnalist ABŞ-nin Rusiya tərəfindən diplomatik nizamlanmada maraqlı olduğuna dair hər hansı bir işarə alıb-almadığını soruşduqda, Bryus deyib ki, prezident Trampın bəyanatları onun vəziyyəti müsbət qiymətləndirib-qiymətləndirmədiyi və Rusiya lideri Vladimir Putinin gördüyü …

Read More »

KİV: Tramp Çinlə dostcasına mübarizə aparacaq

ABŞ Prezidenti Donald Tramp Pitsburqda çıxışı zamanı Çinlə “çox dostcasına” mübarizə aparacağını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Eyni çıxışı zamanı Amerika lideri İndoneziya ilə əvvəllər imzalanmış ticarət sazişini yüksək qiymətləndirib. Tramp, həmçinin Hindistan da daxil olmaqla, digər ticarət sazişlərinin bağlanmasına icazə verdiyini bildirib. Bağlanmış sazişə əsasən, İndoneziya ABŞ-dən təxminən 20 milyard dollarlıq enerji və kənd təsərrüfatı …

Read More »

ABŞ və Avropa İran sazişi üzrə avqustun sonuna qədər vaxt qoyub

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Tehran sərt sanksiyalarla üzləşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalı üç mənbəyə istinadən məlumat yayıb. Nəşrə görə, ABŞ dövlət katibi Marko Rubio və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı razılıq əldə …

Read More »

KİV: İsrail Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib

İsrail ABŞ Prezidenti Donald Tramp administrasiyasının müvafiq tələbindən sonra iyulun 15-də Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən yazıb. Məlumata görə, Suriya hökuməti Əs-Suveyda bölgəsinə tankların göndərilməsi barədə İsraili əvvəlcədən xəbərdar edib və bunun bölgədə asayişin bərpası üçün edildiyini vurğulayıb. Xatırladaq ki, iyulun 13-də ölkənin cənubundakı Əs-Suveyda əyalətində toqquşmalar baş …

Read More »

NATO Baş katibi üç ölkəni Rusiya ilə ticarətə görə sanksiyalarla hədələyib

Braziliya, Çin və Hindistan Rusiya ilə ticarəti dayandırmasalar, ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte bildirib. “Mən bu üç ölkəni, xüsusən də əgər siz hazırda Pekində və ya Dehlidə yaşayırsınızsa və ya Braziliya Prezidentisinizsə, buna diqqət yetirməyə çağırıram, çünki bu, sizə çox ağır zərbə vura bilər”, – Rutte deyib. …

Read More »

KİV: Britaniya Əfqanıstanın minlərlə vətəndaşını gizli şəkildə ölkədən çıxarıb

Əfqanıstan minlərlə vətəndaşı gizli hökumət sxemi çərçivəsində Böyük Britaniyaya köçürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) iyulun 15-də məsələ ilə bağlı hər hansı məlumatın dərcini qadağan edən məhkəmə qərarının ləğvindən sonra yazıb. Yenicə ictimaiyyətə açıqlanan sənədlər 2021-ci ilin avqustunda “Taliban” hakimiyyətə gələnə qədər Londonla sıx əməkdaşlıq edən 25 minə yaxın əfqanın şəxsi məlumatlarının 2022-ci ilin fevralında təsadüfən internetə …

Read More »

Fransa XİN başçısı 22 rusiyalıya qarşı yeni sanksiyaların təsdiqləndiyini açıqlayıb

Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Brüssel görüşündə 22 rusiyalıya qarşı sanksiyaların təsdiqləndiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. “Bu gün səhər Brüsseldə də altı rusiyalı hakimin və 16 rusiyalı fiziki şəxsin Avropa ərazisinə girişinə qadağa qoyulmasını, eləcə də onların aktivlərinin dondurulmasını təsdiq edirik”, – o deyib. Barro həmçinin …

Read More »

Tramp təkcə Putindən məyus olmayıb, həm də ona etibar etmir

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, təkcə rusiyalı həmkarı Vladimir Putindən məyus olmayıb, həm də ona etibar etmir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri BBC-yə açıqlamasında bildirib. Trampdan Rusiya liderinə etibar edib-etmədiyi soruşulduqda, o belə cavab verib: “Mən, demək olar ki, heç kimə etibar etmirəm”. O, həmçinin əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün şans azı dörd …

Read More »

Rusiya-Çin hərbi əməkdaşlığının dərinləşməsi Yaponiyanı ciddi narahat edir

Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşməsi Tokioda ciddi narahatlıq doğurur. Boyukmillet.com-un məlumatına görə, bu barədə Yaponiya Müdafiə Nazirliyinin illik “Ağ kitab” adlı hesabatında deyilir. “Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın intensivliyi artır. Bu, böyük narahatlıq doğurur, çünki məqsəd Yaponiyaya qarşı güc nümayiş etdirməkdir”, – sənəddə qeyd olunur. Oxşar ifadələr son bir neçə il ərzində Yaponiya müdafiə qurumunun …

Read More »

İsrail Ordusunun qərarı hökumətdə parçalanmaya səbəb olub

İsrail Knessetinin (parlamentinin) “Degel ha-Tora” və “Agudat İsrael” partiyalarından olan üzvləri ultra-ortodoks yəhudilərin hərbi xidmətə çağırılması ilə bağlı fikir ayrılıqları səbəbindən baş nazir Binyamin Netanyahu hökumətini tərk edirlər. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Times of Israel” nəşri xəbər verir. Daha əvvəl İsrail Ordusu bu ay yəhudi dini təhsil müəssisələrinin (yeşivaların) tələbələrinə 54 min hərbi xidmətə çağırış vərəqəsi göndərməyi planlaşdırdığını bildirib. …

Read More »