Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatından olan husilər İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədirlər. Boyukmillet.com-un məlumatına görə, bu barədə üsyançılar tərəfindən formalaşdırılan silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib. “Yəmən silahlı qüvvələri [fələstinliləri] dəstəkləmək üçün hərbi əməliyyatlarını gücləndirmək və düşmənin dəniz blokadasının dördüncü mərhələsinin həyata keçirilməsinə başlamaq qərarına gəlib. Bu, milli mənsubiyyətindən və silahlı qüvvələrin çata biləcəyi hər …
Read More »Tailandla sərhəddə toqquşmalar nəticəsində Kambocada 13 nəfər həlak olub
Tailandla sərhəddə baş verən döyüş toqquşmaları nəticəsində Kambocada 13 nəfər, o cümlədən Kral Silahlı Qüvvələrinin beş hərbçisi həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Khmer Times” qəzeti Milli Müdafiə Nazirliyinə istinadən yazır. Bundan başqa, 70 nəfər yaralanıb, onlardan 21-i hərbçi, 50-si mülki şəxsdir. Kamboca hakimiyyəti Preah-Vihea, Oddarmeantyey və Pousat əyalətlərində yüksək riskli zonalardan 35 829 mülki şəxsi təxliyə …
Read More »Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir
Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni məlumat verib. “Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə zəmanət verən iki dövlət prinsipini dəstəkləyir”, – Karni “X”də yazıb. O, qeyd edib ki, Ottava bu məqsədə nail olmaq üçün bütün təşkilatlarda, o cümlədən BMT-nin bu məsələyə həsr olunmuş konfransında xarici …
Read More »Fransa Fələstin dövlətini rəsmən tanıyacaq
Fransa BMT Baş Assambleyasının (GA) sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini rəsmən tanıyacaq. Boyukmillet.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron X-də bildirib. “Mən qərara gəldim ki, Fransa Fələstin dövlətini tanıyacaq. Mən bunu bu ilin sentyabrında BMT Baş Assambleyasında təntənəli şəkildə elan edəcəyəm. İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir”, – o qeyd edib. Onun …
Read More »Rusiya Knessetin qəbul etdiyi bəyannaməyə qarşı çıxıb
Rusiya Knessetdə İsrailin suverenliyinin İordan çayının qərb sahilinə qədər uzadılmasına dair qəbul etdiyi bəyannamənin yerinə yetirilməyəcəyini gözləyir, çünki onun icrası Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə gətirib çıxaracaq. Bu barədə Boyukmillet.com Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Nazirlik əlavə edib ki, İsrail parlamentarilərinin belə bir addımı Moskvada ən mənfi şəkildə qarşılanır. “O, Fələstin ərazilərinin yekun statusu üzrə danışıqların nəticəsini faktiki olaraq əvvəlcədən müəyyənləşdirir …
Read More »Rusiya Xarkova aviasiya bombaları ilə hücum edib, onlarla insan xəsarət alıb
Rusiya Xarkova iki aviasiya bombası ilə zərbə endirib, bir zərbə yaşayış binasının yaxınlığına, ikincisi isə mülki müəssisəyə düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. “Hazırkı məlumata görə, artıq onlarla yaralı var. Onlara yardım göstərilir. Rusiya şəhərə birbaşa iki aviasiya bombası ilə zərbə endirib. Bir zərbə yaşayış binasının yaxınlığına, ikincisi isə mülki müəssisəyə düşüb. …
Read More »Suriya və Səudiyyə Ərəbistanı 6 milyard dollarlıq sazişlər imzalayıb
Suriya və Səudiyyə Ərəbistanı dəyəri 6 milyard dollardan çox olan 47 saziş və anlaşma memorandumu imzalayıb. Boyukmillet.com -un Ərəbistan mediasına istinadən verdiyi məlumata görə, sənədlər Dəməşqdə keçirilən Suriya-Səudiyyə İnvestisiya Forumu çərçivəsində imzalanıb. Sənədlər telekommunikasiya, kibertəhlükəsizlik və aviasiya sahələrini əhatə edir. Forumda Suriya Prezidenti Əhməd əş-Şaraa, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih, eləcə də hər iki ölkənin dövlət və özəl təşkilatlarının …
Read More »İsrail Qəzzada atəşkəslə bağlı HƏMAS-dan cavab alıb
İsrail tərəfi Qəzza zolağında atəşkəs danışıqlarının davam etdirilməsi ilə bağlı HƏMAS-ın cavabını üçüncü tərəflərin vasitəçiliyi ilə alıb. Boyukmillet.com “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. “İsrail HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı təklif olunan sazişə yekun cavabı alıb. Hazırda bu cavab diqqətlə öyrənilir”, – məlumatda bildirilib.
Read More »Çin ABŞ şirkətini saxta oyuncaq satdığına görə məhkəməyə verir
Çinin “Pop Mart” şirkəti ABŞ-nin “7-Eleven” mağazalar şəbəkəsini saxta Labubu oyuncaqları satdığına görə məhkəməyə verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Şanxayın “Jiemian” nəşrinə “Pop Mart”ın nümayəndələri bildirib. İddiaya səbəb amerikalı bir qızın sosial şəbəkədə yerləşdirdiyi videoda “7-Eleven” mağazasında 25 dollara satılan saxta əşyaların nümayişi olub. Orijinal “Pop Mart” oyuncaqlarının qiyməti demək olar ki, eynidir, lakin “7-Eleven”də oyuncaqlar və qablaşdırma …
Read More »İndoneziya sahillərində 6,3 maqnitudada zəlzələ baş verib
İndoneziya sahillərində 6,3 maqnitudada zəlzələ baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri 282 min nəfərin yaşadığı Palu şəhərindən (Sulavesi adası) 289 km şimal-şərqdə, zəlzələnin ocağı 145 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
