ABŞ Milli Meteoroloji Xidməti Nyu-Meksiko ştatında daşqın səbəbindən fövqəladə vəziyyət elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “CBS News” kanalı məlumat yayıb. Qeyd olunur ki, Albukerkedəki çay sahillərini aşaraq şəhərdə daşqınlara səbəb olub. Linkoln şəhərində ata və iki uşağı su axını aparıb. Ruidoso şəhərində sürətli su axını binaları dağıtmağa başlayıb. Sosial şəbəkələrdə çaydan aşağı üzən evlərin görüntüləri yayılıb. Xatırladaq ki, …
Read More »ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən iclasda təsdiqləyib. “Biz Ukraynaya bəzi müdafiə silahları göndəririk. Mən də bunu təsdiqlədim”, – o deyib. Bundan əvvəl Amerika lideri etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsi onun gözlədiyindən də çətin olub.
Read More »Ukrayna Rusiyanın kimyəvi silahdan mümkün istifadəsinin araşdırılması üçün KSQT-yə müraciət edib
Ukrayna Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilata (KSQT) Rusiyanın döyüş əməliyyatları zamanı kimyəvi silahdan mümkün istifadəsi faktlarının araşdırılması üçün rəsmi sorğu ilə müraciət edib. Boyukmillet.com “Al Arabia”ya istinadən xəbər verir ki, müraciətə səbəb Niderland və Almaniya kəşfiyyatının Rusiyanın cəbhə xətti boyunca qadağan olunmuş sursatlardan geniş istifadəsi barədə məlumatları olub. Niderland Hərbi Kəşfiyyatının məlumatına görə, bəzi ukraynalı hərbçilərin ölümü kimyəvi maddələrin …
Read More »Tramp: ABŞ Ukraynaya silah verəcək
ABŞ Ukraynaya silah tədarük etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Pprezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Biz daha bir neçə silah göndərəcəyik. Onlar özlərini müdafiə edə bilməlidirlər”, – Tramp Amerika administrasiyasının Kiyevə silah tədarükü planlarının olub-olmaması sualına cavabında deyib. O, həmçinin qeyd edib ki, Fələstinin radikal HƏMAS …
Read More »Husilər İsraildə hava limanına, dəniz limanlarına və elektrik stansiyasına zərbələr endirib
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanına, Aşdod və Eylatdakı iki dəniz limanına, həmçinin Aşkelondakı elektrik stansiyasına raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə bir sıra zərbələr endiriblər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib. Onun sözlərinə görə, hücum İsrail aviasiyasının Yəmənin Hudeydə, Ras …
Read More »Tayvanda qasırğa nəticəsində onlarla insan xəsarət alıb, minlərlə insan işıqsız qalıb
“Danas” qasırğası Tayvanın cənub-qərbində 28 nəfərin xəsarət almasına səbəb olub. Boyukmillet.com-un xarici mətbuata istinadən məlumatına görə, 2 853 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Tayvan Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, adada güclü leysan və sürəti 40-50 m/s aralığında dəyişən külək tüğyan edir. Təbii fəlakət nəticəsində 85 113 ev təsərrüfatının elektrik təchizatında fasilələr yaranıb. Hazırda elektrik təchizatı qismən bərpa edilib. Bəzi sahilyanı …
Read More »İsrail Yəməndəki limanları və husilərin ələ keçirdiyi gəmini bombalayıb
İsrail Hərbi Hava Qüvvələri Yəməndə üç limana zərbələr endirib və 2023-cü ildə “Ənsar Allah” hərəkatından olan husilər tərəfindən ələ keçirilmiş “Galaxy Leader” yük gəmisinə hücum edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrail Müdafiə naziri İsrael Katz öz X sosial şəbəkə səhifəsində yazıb. Onun sözlərinə görə, yeni əməliyyat “Qara bayraq” adlandırılıb. Nazir qeyd edib ki, husilərin nəzarətində olan Ras-İsa, Hodeida və …
Read More »Rusiyanın Kiyevə raket hücumu nəticəsində təxminən 20 nəfər xəsarət alıb
Ukraynanın paytaxtı Kiyevə Rusiyanın gecə saatlarında hücumu nəticəsində azı 19 nəfər xəsarət alıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə mer Vitali Kliçko öz “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, xəsarət alan beş nəfər ambulator yardım alır. “Düşmənin Kiyevə gecə saatlarında hücumu nəticəsində paytaxtın 19 sakini xəsarət alıb. Beş nəfər ambulator yardım alır, 14 nəfər isə xəstəxanaya yerləşdirilib”, – V.Kliçko yazıb. Bildirilib …
Read More »Ermənistan parlamentində deputatlar arasında qarşıdurma yaşanıb
Bir deputat digərinə su butulkası atıb Ermənistan parlamentində deputatlar arasında qarşıdurma yaşanıb. İnsidentin səbəbi deputat Ovik Aqazaryanın çıxışı olub. O, tribunadan Rusiya hakimiyyətini “Ermənistanın təxribat xarakterli addımlarına reaksiya verməməyə” çağırıb. Aqazaryanın sözləri hakim Vətəndaş Sazişi Partiyasının üzvləri arasında kəskin narazılığa səbəb olub. O, xüsusilə “Ermənistan Elektrik şəbəkələri” şirkətinin dövlət mülkiyyətinə qaytarılması təşəbbüsünün ölkədə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirdiyini və Ermənistanın Qərbə yönəldiyini deyib, …
Read More »İran Avropa ilə danışıqları mənasız hesab edib
İran Avropa ölkələri ilə danışıqları mənasız hesab edir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib. “Əgər Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə komissiyanın koordinatoru (Aİ diplomatiyasının rəhbəri Kaya Kallas nəzərdə tutulur) gələcəkdəki hər hansı danışıqların məqsədinin “İranın nüvə proqramının dayandırılması” olduğuna əmindirsə, o zaman Avropa İttifaqı və Böyük Britaniyanın gələcək danışıqlarda iştirakı bütün …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
