Şənbə , 6 Dekabr 2025

DİN

Dövlət Komitəsinin sədri məscidləri QMİ-nin Qurban bayramı ilə bağlı verəcəyi fətvaya əməl etməyə çağırıb

“Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının verdiyi fətvayla bayram namazı və digər məsələlər elan ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. “İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə əməl olunacaq. Dövlət Komitəsi bununla bağlı üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirəcək”,- o söyləyib.

Read More »

Mübariz Qurbanlı: “Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaq”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyin olunması məsələsinə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir: “Əminəm ki, bütün bu proses başa çatdıqdan sonra, həmçinin həmin ərazilərə vətəndaşlarımız qayıtdıqca həmin …

Read More »

Dövlət Komitəsinin yaradılmasının 22 illiyinə həsr olunan konfrans keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 22 illiyinə həsr olunan “Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və digər müvafiq orqanların rəhbər şəxslərinin, habelə dini qurumların və ictimaiyyət nümayəndələrinin iştirak edib. Konfransı DQİDK-nin sədri Mübariz Qurbanlı giriş sözü ilə açaraq ötən müddət ərzində din sahəsində dövlət siyasətinin həyata …

Read More »

Azərbaycanda 181 din xadiminin fəaliyyətinə xitam verilib – RƏSMİ

“Azərbaycanda son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib: “Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən …

Read More »

Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün səfərlər başlayır

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər. Bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1 440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək. Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Read More »

Naxçıvanda Heydər Məscid kompleksi istifadəyə verilib

15 İyun – Milli Qurtuluş Günündə Naxçıvan şəhərində yerləşən Heydər Məscid kompleksi istifadəyə verilib. Bu barədə “Report”un yerli bürosu xəbər verir. Bildirilib ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslər, eləcə də dindarlar iştirak ediblər.

Read More »

“Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib. Boyukmillet.com xəbər verir ki, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb. Qeyd edək ki, E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin 13-15 fevral tarixlərində təşkil etdiyi müsahibədən yüksək bal toplayaraq …

Read More »

Ərdoğan İstanbulda 20 min nəfərlik məscidin açılışını edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Barbaros Hayreddin Paşa məscidinin açılışını edib. Boyukmillet.com xəbər verir ki, məscidin inşası 35 ayda tamamlanıb. Memar Sinanın Süleymaniyə məscidi təqlid olunaraq dizayn edilən Barbaros Hayreddin Paşa məscidinin tutumu 20 min nəfərdir. Məsciddə 929 avtomobil üçün dayanacaq, emalatxana, kitabxana, çoxfunksiyalı zal və yeməkxana var. Nəhəng layihədə dənizçilik və gəmiçilik motivlərindən istifadə olunub. Qeyd edək ki, …

Read More »

Şuşada Yuxarı Gövhər Ağa məscidi əsaslı yenidənqurma və bərpadan sonra açılıb

Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım, həmçinin ensiklopedik alim Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin açılışında iştirak ediblər. Əvvəlcə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məsciddə görülən …

Read More »

Dövlət Komitəsi “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı narazılıqlara münasibət bildirib

“İndiyədək kimsə Əli Şərbətovun təyinatının niyə doğru olmaması barədə əsaslı bir fikir söyləməyib” Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə deyib. Şöbə müdiri bildirib ki, Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə imam təyinatı həyata keçirib: “Komitə sədrinin əmri ilə Əli Şərbətov “Məşədi Dadaş” məscidinə imam təyin …

Read More »