Venesuela müxalifəti hakimiyyətlə sentyabrın 27-nə Dominikan Respublikasında planlaşdırılan dialoqun yeni mərhələsində iştirak etməkdən imtina edib. Boyukmillet.com-ın məlumatına görə, müxalifət liderlərindən biri olan Luis Florido bildirib ki: “Biz məsuliyyəti öz üzərimizə götürürük. Dominikan Respublikasında prosesi davam etdirmək üçün heç bir zəmin yoxdur”, – deyə Florido Karakasda mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hökumət dialoqun davam etdirilməsi üçün şərtlərdən heç birini icra …
Read More »ABŞ-dan Şimali Koreyaya yeni sanksiyalar
Xəzinə Nazirliyi, 8 Şimali Koreya bankı və əksəriyyətlə xaricdə Pyongyang rəhbərliyi adından maliyyə əməliyyatlar aparan 26 Şimali Koreya vətəndaşını sanksiya siyahısına aldı. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın 8 Şimali Koreya bankı və əksəriyyətlə xaricdə Pyongyang rəhbərliyi adından maliyyə əməliyyatlar aparan 26 Şimali Koreya vətəndaşının sanksiya siyahısına əlavə olunduğu bildirilib. Xəzinə Nazirliyindən edilən açıqlamada, 8 Şimali Koreya bankının və …
Read More »Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da keçiriləcək
Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın tanınmış alimi mərhum Lütfi Zadə ilə vida mərasimi keçiriləcək. Bu barədə Trend-ə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib. Vida mərasimində respublikanın tanınmış siyasi və ictimai xadimləri, elm nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.
Read More »Qətərdən kürd referendumuna – Reaksiya
Qətər Şimali İraq Kürd Muxtariyyatının keçirdiyi müstəqillik referendumuna reaksiya verib. Boyukmillet.com xəbər verir ki, açıqlamaya əsasən keçirilən referendum İraqın bütövlüyü, regionun təhlükəsizlik və sabitliyi üçün təhlükə kəsb edir. Qətər vəziyyətdən çox narahatdır.XİN-in açıqlamasında deyilir: “Rəsmi Bağdad ilə Şimali İraq Kürd Muxtariyyatı arasında razılaşma olmadan həyata keçirilən referendum daha mənfi proseslərə, İraq xalqı arasındakı anlaşmazlıq və bölünmənin böyüməsinə yol açmamalıdır. Referendum İraqın …
Read More »ABŞ İraqın kürd muxtariyyətində müstəqillik referendumunu dəstəkləmir
Vaşinqton İraqın bütöv və demokratik olmasının tərəfdarıdır. Boyukmillet.com-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib. Onun sözlərinə görə, dövlət katibi Reks Tillerson hər iki tərəfin nümayəndələri ilə danışıqlar aparıb. “Biz dərin narahatlığımızı ifadə etdik. Biz bunu birtərəfli referendum hesab edirik. Düşünmürəm ki, İŞİD-ə qarşı beynəlxalq koalisiyaya üzv olan dövlətlər onu dəstəkləyib. ABŞ …
Read More »Proqnoz: “Növbəti müharibə kürdlərlə İraq hökuməti arasında olacaq.”
Samir Adıgözəlli: “Kürdlərin özü Bərzani hökumətini onları yetişməyən bir prosesə sürükləməklə səfalətə düçar etdiyi səbəbindən devirəcək” Kürdlər Yaxın Şərqdə dövlətsiz olan ən böyük etnik qruplardan biridir. Sentyabrın 25-də İraqın Kürdüstan bölgəsində seçicilər ziddiyyətli müstəqillik referendumu üçün səsvermə məntəqələrinə gedib və nəticə etibarilə müstəqil dövlətin qurulmasına səs verib. Səsvermə İraq Kürdüstan Regional Hökumətini (İKRH) təşkil edən üç şimali rayonu və Bağdadla …
Read More »Ukraynada partlayış – 20 min əhali evakuasiya edildi
Ukraynanın Vinnitsa şəhəri yaxınlığında yerləşən silah anbarında güclü partlayış və yanğın baş verib. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib. Məlumata görə, hadisə Vinnitsa şəhərindən 20 km uzaqlıqda yerləşən Kalinovka rayonundakı Yaquar hərbi hissəsinin içərisində yerləşən silah anbarında qeydə alınıb. 188 min ton hərbi sursatın olduğu anbarda “Smerç”, “Uraqan”, “Qrad” raketlərinin də saxlanıldığı …
Read More »İran parlamentinin fövqəladə iclası keçirilib
İraqın Kürdüstan bölgəsində keçirilmiş referendumla əlaqədar İran parlamenti fövqəladə iclasa yığışıb. Boyukmillet.com-ın məlumatına görə, qapalı keçirilən fövqəladə iclasda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də iştirak edib. Parlamentin Rəyasət Heyətinin sözçüsü Behruz Neməti toplantı barədə jurnalistlərə açıqlamasında bildirib ki, Ə. Şəmxani İraq Kürdüstanında keçirilən referendum və bölgədə bununla bağlı baş verən hadisələrə dair çıxış edib və İraqın ərazi …
Read More »Dağıstan lideri istefa verdi
Rusiya Federasiyası Dağıstan Respublikasının lideri Ramazan Abdulatipov vəzifəsindən istefa verib. Abdulatipovun istefası bir neçə qubernatorun analoji addım atması fonunda gerçəkləşib. Vəziyyətlə əlaqədar Abdulatipovu Kremlə çağırıblar. Abdulatipovun nəyə görə belə bir addım atdığı məlum deyil.
Read More »London metrosunda partlayış
İngiltərənin paytaxtı Londonda yenə bir partlayış həyacanı yaşandı. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, İngilis mətbuatının iddiasına görə, Londondakı Tower Hil metro stansiyasında partlayış baş verib. İlkin ehtimala görə, partlayışa telefonun batareyası səbəb olub. Qatar stansiyası təxliyə edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar