Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) Türkiyənin Bursa şəhərinin Nilufər Bələdiyyəsinin aktyorlarının Erməni yazar Hagop Baronyanın “Şark Dişçisi” adlı əsəri əsasında teatr nümayişi ilə bağlı Ermənistana turneyə çıxmasına etiraz olaraq birgə bəyanat yayıb. Bəyanatda deyilir: Türkiyənin Bursa şəhərinin Nilufər Bələdiyyəsinin aktyorlarının Erməni yazar Hagop Baronyanın “Şark Dişçisi” adlı əsəri əsasında teatr nümayişi ilə bağlı …
Read More »İslamiadanın açılışı ilə əlaqədar marşrut xəttlərində dəyişiklik ediləcək
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, həmin gün səhər saat 06:00-dan Bakı ətrafı kənd və qəsəbələrdən “Koroğlu” NMM-ə gələn marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müəyyən olunmuş istiqamətlər – metronun “Qara Qarayev”, “Neftçilər” və “Həzi Aslanov” stansiyalarına doğru dəyişdiriləcək. Belə ki, 54, 62, 107, 131, 172, 173 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə “Neftçilər” metrostansiyasına, …
Read More »Ermənilər Tiflisdə təxribata əl atdılar
Azərbaycan Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tədbirdə çıxış edən zaman əksəriyyəti dövlət rəsmilərindən ibarət olan Ermənistan nümayəndə heyətinin üzvləri buna mane olmağa çalışıblar. H.Hacıyev bildirib ki, konfrasnda Azərbaycanın bu sahədə olan təcrübəsini bölüşüb. “Tədbirdə, mən xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində ermənilərin apardıqları dezinformasiya və təbliğat kampaniyaları haqqında danışdım. Eyni zamanda bu konteksdə erməni lobbisinin roluna və …
Read More »Soltan bəy Paşabəyoğlunun Qars şəhərində xatirə lövhəsinin açılış mərasimi keçirilib
Beynəlxalq Diaspor Mərkəzi (BDM), Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) və millət vəkili Mahir Abbaszadənin təşkilatçılığı ilə Azərbaycan xalqının qəhrəman oğlu Soltan bəy Paşabəyoğlunun Qars şəhərində xatirə lövhəsinin açılış mərasimi keçirilib. Mərkəzdən boyukmillet.com-a verilən xəbərə görə, Qarsın Köçköy məzarlığında keçirilən tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla …
Read More »Qarsda Soltan bəy Paşabəyoğlunun xatirə lövhəsinin açılışı olacaq
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 30 aprel-03 may 2017-ci il tarixlərində “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində İğdır və Qarsda ictimai tədbirlərin təşkili” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində 30 aprel 2017-ci il tarixində Qars şəhərində Azərbaycanın xalq qəhrəmanı, erməni terrorçularına qarşı rəşadətlə mübarizə aparan milli iftixarımız Soltan bəy …
Read More »“Müasir İpək Yolu” layihəsi ümumtürk mədəni irsinin təbliğində əhəmiyyətlidir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qurumun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “Müasir İpək Yolu” layihəsi ilə əlaqədar Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə G.Əfəndiyeva fondun məqsədləri, onun türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib. O, Beynəlxalq Türk Mədəniyyəti və …
Read More »Daimi Nümayəndəlik: ATƏT üzvü olan ölkələrdə islamofob hücumlar və ictimai ritorika narahatlıq doğurur
ATƏT məkanında artan qeyri-tolerant münasibət və müsəlmanlar, xristianlar və digər dinlərin üzvlərinə qarşı ayrıseçkilik cəmiyyətlərimizdə harmoniya və sabitliyə ciddi təhdid mənbəyidir. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin aprelin 27-də Vyanada Daimi Şuranın iclasında oxunan bəyanatında deyilir. Sənəddə bildirilir ki, ATƏT üzvü olan ölkələrdə islamofob hücumlar və ictimai ritorika narahatlıq doğurur: “Azərbaycan bu mənfi hallarla mübarizədə …
Read More »Türkiyə Ali Seçki Şurası referendumun yekun nəticələrini açıqlayıb
Türkiyə Ali Seçki Şurası aprelin 16-da konstitusiyaya dəyişikliklərin edilməsinə dair keçirilmiş referendumun yekun nəticələrini açıqlayıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Şuranın rəhbəri Sədi Güvən mətbuat konfransında referendumda seçici fəallığının 87,45 faiz olduğunu bildirib. O qeyd edib ki, 25 milyon 157 min 463 seçici (51,41 faiz) dəyişikliklərin lehinə, 23 milyon 779 min 141 seçici (48,59 faiz) isə əleyhinə səs verib.
Read More »Portuqaliyada Atom Elektrik Stansiyasının tullantıları üçün poliqon tikiləcək
Portuqaliya hökumətinin yaratdığı işçi qrup ölkədəki Almaras AES-in fəaliyyəti nəticəsində əmələ gələn təhlükəli tullantılar üçün müvəqqəti saxlama yerinin tikintisinə icazə verib. Komissiya bu tikintinin məqbul və təhlükəsiz hesab edərək, buna müsbət rəy versə də, ekoloqlar buna etiraz edirlər. Yaradılmış işçi qrupunun rəhbəri Nunu Lacasta isə deyib ki, “yeni müvəqqəti saxlanma məkanı beynəlxalq alımdə qəbul edilmiş təcrübəyə tam uyğundur”. AZƏRTAC
Read More »May ayına olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda may ayına olan hava proqnozunu açıqlayıb.Departamentdən “Report”a verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasındaOrta aylıq temperaturun 17-19 dərəcə isti (gecələr …
Read More »