Cümə , 27 Fevral 2026

Dünya

“Nizami Gəncəvi adına Qızıl medal” Nərgiz Paşayevaya təqdim olunub

“Azərbaycan Respublikası Nizami Gəncəvi adına Qızıl medalı” başqa xadimə də nəsib ola bilərdi. Bilirsiniz ki, bu mükafata məni layiq gördülər. Buna görə müəllimlərimə təşəkkür edirəm. Çünki mən də müəllimlərimdən öyrənmişəm. Bu mükafatın dəyərini, məsuliyyətini anlayıram”.“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Nərgiz Paşayeva deyib.Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə …

Read More »

Azərbaycan taekvondoçusu Yunanıstanda bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Yaprak Eriş Yunanıstanın paytaxtı Afinada “DTF Prezident Kuboku” yarışında mükafatçılar sırasına düşməyi bacarıb. Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü ardıcıllıqla Asimina Tzortzi (Yunanıstan), Loriqan Selin (Fransa), Raheleh Asemani (Belçika) və Patrisiya Adamkieviçi (Polşa) yarışdan kənarlaşdıraraq yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda döyüşdə rusiyalı Yekaterina Kimə uduzan Y.Eriş turniri bürünc medalla …

Read More »

XİN: Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır

“Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır”. “Report”un xəbərinə görə, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın keçirdiyi brifinqdə azərbaycanlı jurnalistin sualına reasksiyasını şərh edərkən bildirib. “Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm …

Read More »

Azərbaycan MN: Ermənistan cəbhədə “OSA” zenit raket kompleksindən istifadə edib

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları …

Read More »

Makedoniyada etirazçılar parlament binasına daxil olublar – VİDEO

Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar. “Report” “Sputnik”ə istinadən xəbər verir ki, etirazlara parlamentin spikeri vəzifəsinə alban Talat Haferin spiker seçilməsi səbəb olub. Bir müddətdən sonra xüsusi təyinatlılar kütləni dağıdıb və binanı azad edib. Makedoniyada siyasi böhran 2016-cı il seçkilərindən sonra başlayıb. Həmin vaxt keçmiş baş nazir Nikolay Qruyevskinin mühafizəkar partiyası qalib olsa da, hökuməti formalaşdırmaq üçün …

Read More »

Əməkdar artist deputata görə özünü yandırmaq istəyir: “Bezmişəm”

“…Firuzə İbadova efirə çıxıb Astan Şahverdiyevə desin ki…”  – müğənniylə deputat qovğası   Tanınmış müğənni, əməkdar artist Firuzə İbadova ilə qalmaqallı deputat, Rusiyadakı soydaşlarımıza “otxod” deməsi ilə gündəmə gəlmiş Astan Şahverdiyevin torpaq davası davam edir. Hazırda Badamdarda köhnə binada anası və övladı ilə yaşayan sənətçi deputatdan haqqını ala bilmir.   F.İbadova BakiPost.az-a müraciətində A.Şahverdiyevlə arasındakı çəkişmənin təfərrüatını danışıb.   Qısa olaraq qeyd …

Read More »

ABŞ hərbçiləri Türkiyənin bombaladığı PKK-çıları ziyarət etdi

Türkiyənin başına 400 milyon qoyduğu terrorçu ABŞ hərbçiləri ilə şəkl çəkdirdi Türkiyə Silahlı Qüvvələrinin aprelin 25-də Suriyanın şimalındakı PKK-nın Suriya qolu YPG terror təşkilatının hədəflərini bombaladıqdan sonra, ərazini dərhal ABŞ əsgərləri ziyarət etmişdi. Avropa.info xəbər verir ki, YPG-yə dəstəyini ifadə etmək üçün əraziyə gələn ABŞ zabitlərinin fotolarını nüfuzlu “Reuters” agentliyi yaymışdı. Yayılan fotolarda ABŞ zabitlərinin yanında duran şəxslərdən birinin PKK …

Read More »

“Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə girə bilərdi..” – ERMƏNİ GENERALDAN ŞOK AÇIQLAMA

Ötən ilin aprel döyüşlərində aldıqları zərbələrdən sonra Qarabağdakı erməni silahlı birləşmələri müdafiə xəttini durmadan möhkəmləndirir. Virtualaz.org xəbər verir ki, qondarma “DQR”in “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan “Mediamaks” agentliyinə müsahibəsində hazırda birinci müdafiə xəttində bütün mühəndis işlərinin yekunlaşdığını deyib. Onun sözlərinə görə, ikinci və üçüncü müdafiə xətlərində bir az yarımçıq işlər qalıb ki, bunlar da yekunlaşmaq üzrədir. Vitali Balasanyan özünə …

Read More »

Ərdoğanın yenidən AKP-nin sədri olacaq

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı mayın 21-də keçiriləcək. “Report” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd edək ki, Konstitusiyaya edilən dəyişiklikdən sonra ölkə prezidenti siyasi partiya mənsubiyyəti daşıya bilər. Bu baxımdan fövqəladə qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən AKP-yə sədr olması məsələsi gündəliyə çıxarılacaq.

Read More »

Türkiyənin Millət Vəkili Azərbaycan Türkiyə Evini ziyarət edib

ATEV-dən İnterpress.az-a verilən məlumata görə Qardaş Türkiyənin dəyərli Millət Vəkilini görməkdən çox məmnun olduğunu deyən Tənzilə Rüstəmxanlı görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığı, əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib: “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Söhbət zamanı Türkiyəli Millət Vəkili Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və …

Read More »