Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) çox ciddi narahat edir. Belə bir açıqlama ilə Aİ-nin Ermənistandakı səfiri Petr Svitalski çıxış edib. Təbii ki, nüfuzlu bir beynəlxalq təşkilat rəsmisi tərəfindən belə bir fikrin səsləndirilməsi Ermənistanda heç də birmənalı qarşılanmayıb. Siyasi korrupsiyanın pik həddə çatdığını vurğulayan P.Svitalski deyib: “Seçki prosesində səslərin satın alınması Ermənistanın imicinə zərbədir. Bu bizi …
Read More »Səbail rayonunda növbəti iməcilik keçirilib
Səbail rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində rayon icra hakimiyyəti tərəfindən növbəti iməcilik təşkil olunub. Badamdar qəsəbəsinin yeni yaşayış massivində, həmçinin keçən il “Şıx” yamacında yaradılan “Ekoloji park”ın ərazisində keçirilən iməcilikdə Səbail rayon ictimaiyyətinin, təsərrüfat xidmətlərinin, idarə və təşkilatların nümayəndələri, gənclər də daxil olmaqla ümumilikdə 1000 nəfər iştirak edib. Səbail …
Read More »Dünya Hemofiliya Gününə həsr olunmuş tədbir keçirilib
Aprelin 17-si Dünya Hemofiliya Günüdür. Bu günün təsis edilməsində əsas məqsəd hemofiliyadan əziyyət çəkən insanları dəstəkləmək, onlara diqqət və qayğı göstərməkdir. Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da bu tarixlə bağlı silsilə tədbirlər keçirilir. Həmin tədbirlərdən biri M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasında təşkil olunub. Hemofiliya qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və …
Read More »Hindistan vətəndaşından narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələr aşkarlanıb
Astara Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələrin qaçaqmalçılığının qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Hindistan Respublikasının vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb. Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə, eləcə də vətəndaşın əl yüklərinə və …
Read More »2017-ci ilin I rübündə 250-yə yaxın dövlət əmlakı özəlləşdirilib və icarəyə verilib
Görülən tədbirlər nəticəsində 2017-ci ilin I rübündə ümumilikdə 250-yə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər və nəqliyyat vasitələri, habelə müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, səhmdar cəmiyyət özəlləşdirilib, 63 qeyri-yaşayış və torpaq sahəsi isə icarəyə verilib. AZƏRTAC xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən 2017-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda …
Read More »Pirallahı rayonu ərazisində “Nümunəvi Həyətlər” yaradılır
Pirallahı rayonu ərazisində “Nümunəvi Həyətlər” layihəsi çərçivəsində işlər davam etdirilir. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Pirallahı qəsəbəsinin S.Vurğun küçəsi, 28-ci məhəllədə abadlıq işləri aparılıb, ağaclar əkilib. Həmçinin məhəllədə söhbətgahlar və uşaq oyun meydançaları quraşdırılıb. Qəsəbənin K.Rzayev küçəsində də məhəllələrdə abadlıq işləri görülüb. Yolkənarı boyu köhnə, dağılmış bardürlər sökülərək yenisi ilə əvəz edilib. Həmçinin burada da əlavə söhbətgahların və uşaq oyun …
Read More »Balaban ifaçısı Elxan Məmmədov dünyasını dəyişib
Azərbaycanın Əməkdar mədəniyyət işçisi, balaban ifaçısı Elxan Məmmədov vəfat edib. “Report”un Qərb bürosu xəbər verir ki, 67 yaşlı sənətkar uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib. Ötən gün səhər saatlarında dünyasını dəyişən balabançı doğulduğu Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılıb. Qədim musiqi alətinin mahir ifaçısı olan E.Məmmədov gənc yaşlarında Aşıq Şəmşir, Aşıq Murad Niyazlı, Aşıq Cahad və digər tanınmış saz …
Read More »Jurnalistlər Şimali Koreyadan uça bilmir
Pxenyandan Çinə 2, Rusiyaya isə 1 reys artıq 6 saatdan çoxdur Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtındakı aeroportda saxlanılıb.Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.Pxenyandan Pekinə olan reys yerli vaxtla səhər saat 08:30-da uçmalı olsa da, 7 saatdan çoxdur saxlanılıb. Maraqlıdır ki, Kim İr Senin anadan olmasının 105 illiyinin qeyd edilməsini işıqlandırmaq üçün ötən həftə Pxenyana gələn xarici jurnalistlər …
Read More »Türkiyədə seçicilər konstitusiyaya düzəlişləri dəstəkləyiblər
Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) referendumda konstitusiyaya düzəlişlərin edilməsi tərəfdarlarının 1,25 milyon səs çoxluğu ilə qalib gəldiklərini elan edib.“Report” xəbər verir ki, bunu jurnalistlərə MSK sədri Sədi Güvən deyib.“Bülletenlərin ilkin hesablaması göstərir ki, referendumda “hə” deyənlərin səsi 1,25 milyon dəfə çoxdur. Səsvermənin nəticələrinə görə, “hə” deyildi (Düzəlişlər təqdir olunub)”, – deyə o bildirib.
Read More »Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclasının nəticələrinə dair Protokol imzalanıb
Aprelin 13-17-də Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın IV iclası keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin rəsmisi, Rusiya Federasiyası …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar