Şənbə , 25 Sentyabr 2021
Home » Dünya » Hiyləylə hakimiyyətdə qalan Sarkisyanın siyasi korrupsiya oyunu

Hiyləylə hakimiyyətdə qalan Sarkisyanın siyasi korrupsiya oyunu

Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) çox ciddi narahat edir.

Belə bir açıqlama ilə Aİ-nin Ermənistandakı səfiri Petr Svitalski çıxış edib.

Təbii ki, nüfuzlu bir beynəlxalq təşkilat rəsmisi tərəfindən belə bir fikrin səsləndirilməsi Ermənistanda heç də birmənalı qarşılanmayıb.

Siyasi korrupsiyanın pik həddə çatdığını vurğulayan P.Svitalski deyib:

“Seçki prosesində səslərin satın alınması Ermənistanın imicinə zərbədir. Bu bizi narahat edir. Ona görə, bunu səsvermə korrupsiyası adlandırırıq. Seçkidə alış-veriş yolverilməzdir. Beynəlxalq müşahidəçilər də bizimlə eyni fikirdədirlər. Onlar da hesab edirlər ki, belə hallar seçki prosesinə kölgə salır. Mən obyektiv olacağam, bu cür neqativ hadisələrə göz yummayacağıq”.

Səfir seçki prosesindəki texniki çatışmazlıqlardan da danışaraq bildirib ki, məhz bu hallar saxtakarlığa münbit şərait yaradıb. Seçki məntəqələrinin böyük hissəsində müşahidə kameraları işləməyib. Halbuki Aİ baş verə biləcək texniki problemlərin aradan qaldırılması üçün Ermənistana 7 milyon avro yardım edib.

Səfirin bu açıqlaması Ermənistan ictimaiyyətində əks-səda doğurub.

Qeyd edək ki, Ermənistanda keçirilən son seçkiyə sülh çağırışları ilə qoşulan blokların heç biri parlamentdə təmsil olunmadı. Sarkisyanın qüvvələri hiylə yolu ilə hakimiyyətdə qaldı. Artıq ölkə əhalisi kriminal avtoritetlərin əlində girova çevrilib. Əlbəttə ki, Sarkisyan hakimiyyətdə qaldığı müddətdə ölkədə ciddi ictimai-siyasi dəyişiklik gözləməyə dəyməz.

İşğalçı dövlətin başçısı Sarkisyan hakimiyyətə gəldiyi gündən siyasi, iqtisadi, hərbi cinayətlər törətməklə yanaşı, həm də kreslosunu qorumaq üçün zaman-zaman Dağlıq Qarabağ kartından da hər vəchlə yararlanmağa çalışır. Cinayətkar prezident daima Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozur, konstruktiv təkliflərin müzakirəsi irəli sürüldüyü dönəmlərdə danışıqlar prosesindən yayınır. Onun zaman-zaman işlətdiyi gedişlərdən biri də – Ermənistanda ictimai-siyasi, sosial gərginliklər yarandığı zaman cəbhə xəttində təxribatlar törədərək gərginlik yaratmaqdır. Təbii ki, cəbhə xəttində gərginliyin yaranması isə danışıqlar prosesinin gedişini də pozur.

Siyasi, iqtisadi, hərbi baxımdan Azərbaycandan qat-qat zəif olan Ermənistanın cinayətkar rəhbərliyi yaxşı anlayır ki, artıq müharibə də apara bilməz. Bu isə o deməkdir ki, danışıqlarda geri çəkilməyin vaxtı çoxdan çatıb. Avropaya güclü, dayanıqlı strateji tərəfdaş lazımdır, qapılarda ianə yığan tərəf yox. Az əvvəl yuxarıda qeyd etdiyim açıqlamadan da görünür ki, Sarkisyanın xeyli vaxtdır mədət umduğu o qapılarda da ianə torbasının həcmi artıq daralır.

Bir çox beynəlxalq güclərin uzun zamandır ermənilərdən regionda maşa kimi istifadə etmələrinə baxmayaraq, hər bir tərəfin artıq öz maraqları çərçivəsində dialoqa girdiyi müasir zamanda ermənilər kimi quyruq bulayanlara heç ehtiyac qalmayıb.

 

trend.az

Check Also

Зустріч з донькою Національного героя Азербайджану

У приміщенні Почесного консульства Азербайджанської Республіки в м. Харків відбулася чергова дружня зустріч Почесного консула …