Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Səbail rayonunda növbəti iməcilik keçirilib

Səbail rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində rayon icra hakimiyyəti tərəfindən növbəti iməcilik təşkil olunub. Badamdar qəsəbəsinin yeni yaşayış massivində, həmçinin keçən il “Şıx” yamacında yaradılan “Ekoloji park”ın ərazisində keçirilən iməcilikdə Səbail rayon ictimaiyyətinin, təsərrüfat xidmətlərinin, idarə və təşkilatların nümayəndələri, gənclər də daxil olmaqla ümumilikdə 1000 nəfər iştirak edib.

Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Badamdar qəsəbəsində 4,8 hektar sahədə salınan Zeytun bağında ağaclara qulluq göstərilib, ərazi daş və məişət tullantılarından təmizlənib. Ağaclara ilboyu qulluq göstərilməsi üçün burada su çənləri quraşdırılıb və damcı üsulu ilə suvarılma xətləri çəkilib. İməcilikdə əlavə olaraq 1000 yeni ağac əkilib ki, onların da əksəriyyətini həmin ərazinin iqliminə uyğun olan Eldar şamı və zeytun ağacları təşkil edib.

“Şıx” yamacındakı 29 hektar sahədə salınan “Ekoloji park”ın ərazisində ötən il icra hakimiyyəti tərəfindən əkilən 75 mindən çox ağaca qulluq göstərilib. Buradakı ərazidə də təmizlik işləri görülüb, ərazi və ağacların dibi quru otlardan təmizlənib, damcı üsulu üçün nəzərdə tutulan xətlər təftiş olunub.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir