Cümə axşamı , 26 Fevral 2026

Dünya

Azay Quliyev: “İşğalçı Ermənistan aprel döyüşlərindən nəticə çıxarmalıdır”

“Aprel döyüşləri Azərbaycanın Ali Baş komandanının qətiyyətini, ordusunun qüdrətini və xalq-dövlət birliyini bir daha dünyaya nümayiş etdirmiş oldu. Cənab Prezident İlham Əliyev haqlı olaraq ordumuzun aprel döyüşlərindəki şücaətini yüksək qiymətləndirərək onu tarixi qəhrəmanlıq adlandırıb”. Bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib. A.Quliyev bildirib ki, aprel döyüşləri zamanı dövlətimiz nəyə qadir olduğunu nümayiş etdirərək torpaqlarımızın bir hissəsini işğaldan azad etdi: …

Read More »

Dağıstanda vəhşilik: Azərbaycanlı sürücünün maşınını yandırıb, özünü ölümcül döydülər

Mart ayının 31-də Dağıstanda çalışan azərbaycanlı sürücülərə qarşı vəhşilik törədilib. Bu barədə musavat.com-un “Qaynar xətt”inə Dağıstanda çalışan azərbaycanlılar müraciət edib. Vəhşiliyi yerli sürücülər ediblər. Onlar həmyerlilərimizin idarə etdikləri yük maşınlarını daşa basıb, yandırıb və özlərini də döyüblər. Dağıstanlı yük maşını sürücüləri bu əməli etmələri ilə bağlı səs yazılarını da yayıblar. Həmin səs yazısında onlar azərbaycanlı sürücüləri lazımi qaydada cəzalandırdıqlarını, hətta …

Read More »

“Azərbaycanlıların soyqırımı: Bitməyən erməni vəhşiliyi”

Dünya Azərbaycanlıları Konqresi və Milli Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 31 mart soyqırımının növbəti anım tədbiri keçirilib. “Azərbaycanlıların soyqırımı: Bitməyən erməni vəhşiliyi” adlı konfransı giriş sözü ilə açan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının təklifi ilə Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi və tədbir iştirakçıları uca səslə Azərbaycanın Dövlət Himninin oxuyublar. Ardınca aparıcı 1918-ci ildə baş verən erməni soyqırımının mahiyətindən, Azərbaycan …

Read More »

Milli Şuranın mitinq qərarı müxalifəti bir-birinə vurdu

Müsavat AXCP-ni onları qabaqlamada suçladı; YAP isə aksiyanı ermənilərlə əlaqələndirdi Milli Şura aprelin 9-na mitinq təyin edib. Mitinqin sosial tələblər və siyasi məhbusların azad olunması şüarları ilə keçiriləcəyi bəyan edilib. Mitinq qərarını Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli mətbuat konfransında elan edib. Aksiyanın Yasamal rayonundakı “Məhsul” stadionunda keçirilməsi planlaşdırılır. Milli Şuranın mitinqinə bu qurumda təmsil olunmayan bir …

Read More »

Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etmək istəyir – böyük skandal

Rusiyanın məkrli erməni diasporu və anti-Azərbaycan dairələri birləşərək Rusiyada yaşayan azərbaycanlıların təşkilatlarını qadağan etmək üçün fəaliyyətə keçiblər; tanınmış iş adamlarının da təmsil olunduğu qurumun fəaliyyəti kimlərin rahatlığını pozub? Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etmək və fəaliyyətini dayandırmaq niyyətindədir. Bu sensasion bilgi “Yeni Müsavat”a Moskvadakı mənbələrdən daxil olub. Məlumatda bildirilir ki, Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatı məsələsinə aprelin …

Read More »

“Oğru türmədə oturmalıdır”- “Qanuni oğru”larla savaşan nazir

“Şakro Molodoy”un həbs edilməsindən sonra Rusiya kriminalında bir xaos hökm sürməkdədir Ötən il iyulun 11-də hüquq-mühafizə orqanlarının Moskvada həbs etdiyi Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri, “Ded Xasan”ın varisi sayılan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun apelyasiya şikayəti rədd edilib. Rusiya KİV-lərinin məlumatına görə, martın 29-da Moskva Şəhər Məhkəməsi Tver Məhkəməsinin “qanuni oğru”nun həbsdə saxlanılması barədə qərarını qüvvədə saxlayıb. Şakro” ötən il …

Read More »

“Hərəkat dövründə Eldar Namazov kim idi?” – Sabir Rüstəmxanlıdan sərt mövqe

“O dövrdə meydana çıxan insanlara bu cür qara yaxmaq, hökumət, ”KQB agenti” adlandırmaq yalnız aşağı səviyyəli insanların fikri ola bilər. O yolu gedənlər belə ittihamlar daha çox işlədirlər. Konkret Eldar Namazovu nəzərdə tutmuram, bu cür iddiada olan hər kəsə ümumi şəkildə cavab verirəm”. Strateq.az bildirir ki, bu sözləri VHP sədri Sabir Rüstəmxanlı 1988-ci il Meydan hərəkatının rəhbərlərinin DTK ilə əlaqləli …

Read More »

Elza Seyidcahandan Fikrət Qocaya cavab: “Allah bizə səbr versin”

Bəstəkar-müğənni Elza Seyidcahan xalq şairi Fikrət Qocanın mətbuatda onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Musavat.com-a danışan əməkdar artist xalq şairinin çox müdrik açıqlama verdiyini deyib: “Allah Fikrət Qoca kimi şairlərimizi qorusun. O, çox müdrik açıqlama verib. Amma həmin yazını oxuyanda xəbər başlığına qoyulan sözlərə rast gəlmədim. Allah bizə səbr versin. Hər şey gözəl olacaq, inşallah. Təxminən 10 il əvvəl xalq …

Read More »

“Nuru Paşanın Bakıda abidəsi qoyulmalıdır”

Sabir Rüstəmxanlı: “Onun xalqımız qarşısındakı xidmətləri danılmazdır” Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib. Onun sözlərinə görə, Nuru Paşanın abidəsinin qoyulmasına çox böyük ehtiyac var:“Nuru Paşanın rəhbərliyi ilə türk ordusunun Azərbaycana gəlişi xalqımızı faktiki olaraq erməni-bolşevik qırğınından xilas etdi. Əgər Nuru paşa olmasaydı, o zaman Bakının özündə bir türk, bir müsəlman sağ qlamayacaqdı. Onun xalqımız qarşısındakı …

Read More »