Cümə axşamı , 26 Fevral 2026

Dünya

Bakıda yağış, rayonlarda sulu qar yağacaq – XƏBƏRDARLIQ

Sabah, yanvarın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 6-8 …

Read More »

Kremldən Bakıya həmlə – Azərbaycandan cavab gecikmədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada ilin yekunlarına həsr olunmuş geniş mətbuat konfransı keçirib. Erməni əsilli nazir Dağlıq Qarabağ mövzusunda da danışıb və bır sıra maraqlı açıqlamalar verib, yeni detallara toxunub. Eyni zamanda Qarabağa dair böyük anlaşmanın təxmini şərtlərini bəyan edib. Lavrov öncə Azərbaycan jurnalistlərinin “Azərbaycan işğal olunan ərazilərdə antiterror əməliyyatına, Qarabağı işğalçı qüvvələrdən və digər kriminal elementlərdən …

Read More »

Şamaxıda tapılan top mərmisi partladılıb

Şamaxı rayonunun Sağıyan kəndində torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi (PS-34) aşkar edilib.Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, Topmərmisinin daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 16-dək Füzuli və Şamaxı rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza …

Read More »

Məmmədyarov Malayziyaya gedəcək – İƏT-in iclasında iştirak etmək üçün

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XİN Şurasının iclasında iştirak etmək üçün Malayziyaya səfər edəcək. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. İclas yanvarın 19-u Kuala-Lumpurda keçiriləcək. Səfər çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Read More »

Ötən gün baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 67 cinayət faktından 27-nin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli …

Read More »

NİDA üzvü 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Qəhrəmanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, E.Qəhrəmalı Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (qanunsuz …

Read More »

“Neft Daşları” yatağı üçün yeni platforma tikilib

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında ”Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında yeni 620A saylı stasionar dəniz platformasının tikintisi başa çatdırılıb. Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 2520 kvadrat metr, çəkisi isə 2398 tondur. İstehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata …

Read More »

Heydər Əliyev Sarayında tanınmış müğənnilərin iştirakı ilə konsert keçiriləcək

Fevralın 14-də Heydər Əliyev Sarayında tanınmış müğənnilərin iştirakı ilə “Sevgilim” adlı konsert proqramı keçiriləcək. Trend-in məlumatına görə, konsertdə Rpublikanın Xalq artisti İlham Namiq Kamal, Əməkdar artist Ədalət Şükürov və sevilən müğənnilər Nazənin, Niyam Səlami, Ceyla, Vüqar Əbdülov, Könül Məmmədli, Yaşar Cəlilov, Elvin Abdullayev, Yaşar Yusub, Məryəm Şabanova, Elcan Rzayev, Kamil Cəfərov, Sadiq Məmmədov, Günay İmamverdiyeva, Sədaqət, Vüsalə Əliyevə, Sevinc Musayeva, …

Read More »

Paraqvay əsilli hücumçu “Neftçi”də baxışdadır

Antalyada qış təlim-məşq toplanışını davam etdirən Bakının “Neftçi” klubunun düşərgəsinə baxışa yeni futbolçu cəlb edilib. Klubdan AZƏRTAC-a bildiriblər ki, Paraqvay əsilli hücumçu Ramon İdalesio Kardozo komandamızla birgə məşqlərdə iştirak edir. Onun son yoxlama oyununda iştirakı gözlənilir. Qeyd edək ki, Kardozo karyerası ərzində Paraqvayın “Takuaru”, “Serro Porteno”, “Nasional”, “Deportivo Kapiata”, Portuqaliyanın “Penafiel”, “Vitoria Setubal”, “Moreirense” və Perunun “Leon Huanuco” klublarının şərəfini qoruyub.

Read More »