Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib. AZƏRTAC xəbər verir ki, iclasda, həmçinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də səsə …
Read More »Bakıda milli rəqs və musiqi festival təşkil olunacaq
Dekabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında milli rəqs və musiqi festivalı keçiriləcək. Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festivala Azərbaycan, Gürcüstan və İrandan olan rəqqaslar qatılacaq. İki gün davam edəcək musiqili-əyləncəli tədbirdə Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin “Odlar yurdu” rəqs qrupu milli rəqslərimizlə yanaşı, hind və ispan rəqslərini də təqdim edəcək.
Read More »Samir Şərifov: Büdcə layihəsinin parlamentdə müzakirəsi zamanı səsləndirilən təklifləri hökumət ətraflı təhlil edib
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflər və tövsiyələr hökumət tərəfindən ətraflı təhlil edilib. AZƏRTAC xəbər verir ki, bu fikri maliyyə naziri Samir Şərifov dekabrın 16-da Milli Məclisin plenar iclasında bildirib. Nazir deyib: “Ümumi büdcə konstruksiyasına xələl gətirmədən bəzi məsələlərin həlli üçün maliyyə təminatının artırılması mümkün olub. Mədəniyyət xərclərinin artırılması ilə …
Read More »Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən Levan İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən nazir …
Read More »2017-ci il üçün yaşayış minimumu təsdiq edildi – ARTIM VAR
Bu gün Milli Məclisin plenar iclasında “2017-ci il üzrə yaşayış minimumu haqqında” qanun layihəsi qəbul edilib. Trend-in məlumtına görə, 2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən ilki göstəricidən 13,97 fazi çoxdur. Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu isə əmək qabiliyyətli əhali üçün – 164,5 manat, təqaüdçülər üçün – 130,2 manat, uşaqlar üçün – 136,6 …
Read More »Moskva polisi erməni iş adamı Karen Qubasaryanı axtarır
Moskva polisi 28 yaşlı erməni iş adamı, Rusiya paytaxtında inşaat firmasına rəhbərlik edən Karen Qubasaryanı axtarır. Bildirilir ki, onun avtomobili ilə səkidə gedən piyada vurulub. Piyada Yuri Karpov hadisə yerində keçinib. Rusiyanın “REN TV” telekanalının müşahidə kameralarından götürülən kadrlarda görünür ki, piyadanı vuran avtomobil hadisə yerinə qayıdır, Qubasaryan da yaxınlıqdakı restoranlardan birindən çıxaraq hadisə yerinə gəlir. Avtomobili idarə edən hələlik …
Read More »Quba-Xınalıq yolunda qar uçqunu olub
Quba-Xınalıq yolunda qar uçqunu baş verib. AZƏRTAC xəbər verir ki, dekabrın 15-i günün ikinci yarısında qar uçqunu səbəbindən yol bir müddət bağlanıb. “Azəravtoyol” ASC-nin yerli idarəsinin ağır texnikası və canlı qüvvəsinin köməyi ilə ərazidə təxirəsalınmaz tədbirlər görülüb. Yola tökülən qar təmizlənərək avtomobillərin hərəkəti təmin olunub. İdarənin sahə rəisi Bilal Sultanov bildirib ki, qar uçqunu yolun 36-cı kilometrliyində qeydə alınıb. Yolun həmin …
Read More »Parlament Vergilər Məcəlləsinə dəyişiklikləri təsdiq edib
Azərbaycanda Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub. “Report”un verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, pərakəndə ticarətlə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablana bilər. Buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı və quş ətinin satışı 2017-ci il yanvarın 1-dən …
Read More »Avtomobilin idarəsi zamanı “əlil” adından qanunsuz istifadə edənlər cəzalandırılacaq
Azərbaycanda avtomobilin idarəsi zamanı “əlil” adından qanunsuz istifadə edənlər cəzalandırılacaq. “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, “əlil” tanınma nişanından qanunsuz istifadə edənlər 40 manat məbləğində cərimə olunacaqlar. Bundan başqa, nəqliyyat vasitəsinin parklanmasına görə, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma …
Read More »Azərbaycan millisinin rəqibi məşqçisi ilə yollarını ayırıb
Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Norveç yığmasının məşqçisi Martin Fayston vəzifəsindən ayrılıb. “Report”un Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, ölkə yığmasında baş məşqçi Per-Matias Höqmonun ardından baş verən ikinci istefa olub. Höqmo uğursuz nəticələri ilə əlaqədar noyabrın 16-da qovulub. 2013-cü ilin payızında Norveç …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar