Cümə axşamı , 12 Sentyabr 2024
Drone Cameras

Zorlandığını deməklə məşhurlaşan direktor müavininə yeni vəzifə – məktəb qarışdı

Bir müddət əvvəl Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə direktor tərəfindən zorlandığını iddia edən, daha sonra isə işdən qovulan direktor müavini Ləman Babayeva başqa məktəbdə işə düzəlib.
 
BakiPost.az-a daxil olan məlumata görə, L.Babayeva Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən nüfuzlu məktəblərdən birində – İftixar Tağıyev adına 26№-li tam orta məktəbdə işə başlayıb.
 
Əldə etdiyimiz digər məlumatlarda deyilir ki, məktəbin kollektivi onun bura təyinat almasına etiraz edib. Müəllim və digər işçilər ərizə yazaraq narazılıqlarını ifadə ediblər, lakin ərizələri geri qaytarılıb.
 
Məktəbdən L.Babayevanın işə düzəldiyi faktını saytımıza təsdiqləyiblər.
 
Xatırladaq ki, bir müddət öncə 230 nömrəli məktəbin direktoru Elşən Qafarov və müavini Ləman Babayeva zorlanma iddiası ilə mətbuatın gündəminə gəlmişdi. Belə ki, xanım müavin direktor E.Qafarov tərəfindən zorlandığını bildirirdi. Lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.
 
Mətbuatda yayılan məlumatlarda L.Babayevanın erməni əsilli olduğu da vurğulanırdı. 
 
Daha sonra isə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Elşən Qafarov və Ləman Babayeva işdən qovulmuşdular.

 

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir