Cümə , 26 Aprel 2024
Drone Cameras

“İRƏLİ” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib

“İRƏLİ” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib.
“Report” xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, gənclər və idman nazirinin müavini İntiqam Babayev, birliyin üzvləri iştirak ediblər.
Konfransda birliyin iki illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra təşkilatın baş katibi Azər Əmirov hesabatı təqdim edib.
Seçki prosesi yeni sədrin seçilməsi ilə başa çatıb. Səs çoxluğu ilə Mirhəsən Seyidov yenidən “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin rəhbəri seçilib.
Sonda bir sıra gənclərə və birliklə əməkdaşlıq edən qurumlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.
Konfransın sonunda M.Seyidov birliyin Prezident İlham Əliyevə ünvanladığı müraciəti oxuyub.
Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi 2008-ci ilin 24 dekabrında təsis olunub.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir