Türkiyə İsraillə münasibətlərin normallaşmasından sonra bu ölkədə öz səfirini təyin edib. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezidentin sözlərinə görə, bu vəzifəyə Kamal Ökəm təyin olunub. Yeni səfir bu təyinata qədər Türkiyə baş nazirinin xarici siyasət üzrə müşaviri olub. Xatırladaq ki, ötən gün İsrail Türkiyədə öz səfirini təyin etmişdi. Bu vəzifəyə …
Read More »Kabulda partlayış – yaralananlar var
Əfqanıstanın paytaxtı Kabulda partlayış baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı iki nəfər xəsarət alıb. Məlumata görə, partlayıcı qurğu Milli Təhlükəsizlik İdarəsinə (NDS) məxsus nəqliyyat vasitəsinə yerləşdirilib. Polis araşdırma aparır.
Read More »Azərbaycan vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək reytinqə layiq görülüb
Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı vergi orqanları qarşısında mühüm vəzifələr müəyyən edib. Vergilər nazirinin müşaviri Riyad Hüseynovun “Vergilər” qəzetinə müsahibəsinin əsas mövzusu nazirliyin beynəlxalq sahədə apardığı işlər barədədir. – Riyad müəllim, ölkədə aparılan vergi islahatları çərçivəsində beynəlxalq sahədə görülən işlərin ümumi istiqamətlərini necə səciyyələndirmək olar? – Azərbaycan Respublikasının Prezidenti …
Read More »Hyustonda Azərbaycan Dövlət Bayrağı Günü təntənəsi (FOTO)
ABŞ-ın Hyuston şəhərinin meriyasında Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir təşkil olunub. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xüsusilə bu tədbirdə iştirak etmək məqsədilə Hyustona səfər edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə həmçinin Hyuston meriyası nümayəndələri, ABŞ Konqresi və Texas ştatının Assambleyasının üzvlərinin təmsilçiləri, bir sıra ölkələrin Hyuston şəhərindəki …
Read More »Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edir. Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir. Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi. “Belə …
Read More »Azərbaycan Prezidenti İlham Əliyev Dubay Ticarət Palatasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Dubay Ticarət Palatasının sədri Məcid Saif Al Qurairi qəbul edib.
Read More »“KİV və Diplomatiya mərkəzi” İctimai Birliyi Qırğızıstan Ədliyyə nazirliyində rəsmi dövlət qeydiyyatından keçib
“KİV və Diplomatiya mərkəzi” ictimai birliyi Qırğızıstan Ədliyyə nazirliyində rəsmi dövlət qeydiyyatından keçib şəhadətnamə almışdır. Birliyin sədri Nüsrət Məmmədov seçilmişdir və onun boyukmillet.com-a verdiyi məlumata əsasən, birliyin əsas məqsədi Azərbaycan və qeyri türkdilli xalqların mədəniyyətini, dövlətçiliyini və bərabərhüquqlu siyasi xətti ilə yanaşı, dünya mətbuatı üzərindən separatizmə qarşı təbliğat aparmaqdır. Dünyada baş verən hadisələrə Azərbaycan və qeyri türkdilli xalqların siyasətçilərinin fikrlərinin …
Read More »Borcunu unudub, haqqını axtaranlar
Elnurə Cavadzadə Şəhərlər mənəviyyat sütunlarının üstündə dik dururlar. Güzgülər kimi sakinlərinin ürəyini əks etdirirlər. Əgər o ürəklər bağlanar, ya da qaralarsa, şəhərlər öz cazibəsini itirər. Çalxalanan dünya, gərginləşən siyasi münasibətlər, ürəyimizi partlamaq, qulaq pərdəmizi çatlatmaq həddinə gətirən “iqtisadi böhran”, “üzən məzənnə”, əsrimizin bəlası “İŞİD” kimi dilimizdən düşməyən ifadələr şəhərləri də əldən salıb, üzüb. Ölkələrin bir qisminin iqtisadiyyatını, digərlərinin demoqrafik və …
Read More »Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib
Rusiyada Azərbaycan vətəndaşı öldürülüb. APA-nın Rusiya bürosunun məlumatına görə, qətl hadisəsi noyabrın 14-də Novqorod vilayətinin Pestov rayonunun Ponomaryevo kəndində baş verib. Naməlum şəxs Pestov rayonunda yaşayan Azərbaycan vətəndaşına bıçaqla zərbələr endirib. Ölümcül yaralanan azərbaycanlı özü maşına oturaraq şəhər mərkəzinə gəlib, təcili tibbi yardım çağırılmasını istəyib. Lakin o, çoxlu qan itirdiyindən ölüb. Hazırda faktla bağlı araşdırma aparılır, qatilin tapılması istiqamətində əməliyyat-axtarış …
Read More »AFFA-nın layihəsi UEFA-nın ali marketinq mükafatına namizəd seçilib
AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”ya təqdim olunmuş “CBC Sport” lahiyəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib.“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qalib layihə noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı müəyyənləşdiriləcək. Seçilmiş layihələrdən digərləri Niderland …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar