Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.“Report” xəbər verir ki, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu qeyd edən dövlət başçısı qurumun prezidenti Takehiko Nakao ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının ötən il Bakıda keçirilən 48-ci illik toplantısı zamanı görüşünü məmnunluqla xatırladıb. Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin uğurla …
Read More »Moldovanın Bakıdakı səfirliyi prezident seçkiləri ilə əlaqədar keçirilmiş səsvermənin nəticələrini açıqlayıb
Moldovanın Bakıdakı səfirliyi ölkədə keçirilmiş prezident seçkiləri ilə əlaqədar səfirlikdə açılmış seçki məntəqəsində qeydə alınan səsvermə nəticələrini açıqlayıb. Moldova səfirliyindən “Report”a verilən məlumata görə, ümumilikdə məntəqəyə 51 nəfər gəlib və bu göstərici seçkilərin ilk turunda qeydə alınmış rəqəmlə müqayisədə təxminən iki dəfə çoxdur. Məluamata görə, Azərbaycanda yaşayan moldovalılardan savayı, məntəqəyə Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanda yaşayan Moldova vətəndaşları …
Read More »DAK Türkmənlərlə bağlı müraciət etdi
Bakıda Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Yaxın Şərqdə mövcud durum: Türkmən faciəsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə müxtəlif siyasi partiyaların, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib. Dünya Azərbaycanlıları Konqresinin sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Yaxın Şərqdə türkmən faciəsi yaşanır və dünya birliyi, böyük dövlətlər bu faciəyə laqeyd yanaşır: “Bütün dünyanın gözünün qarşısında bizim parçamız olan …
Read More »Azərbaycanda artan əməliyyat – mədə kiçiltmə
“Son illərdə mədə kiçiltmə əməliyyatlarının aparılması üçün müraciətlərin sayı artıb. Amma biz xəstələrə ilk növbədə əməliyyatdan başqa çarələr məsləhət görürük”. Trend-in məlumatına görə, bunu akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkiminin cərrahiyyə işləri üzrə müavini Elmir Əsgərov jurnalistlərə bildirib. E.Əsgərov deyib ki, mədə kiçiltmə əməliyyatının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi tibbi göstərişlər var: “Bədən kütlə indeksinin 35 …
Read More »Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təsdiq edildi
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən ”Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının …
Read More »Türkiyədə terror hücumunda yaralanan icra başçısı öldü (YENİLƏNİB-3)
Ötən gün PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanına məxsus inzibati binaya açdığı raket atəşi nəticəsində xəsarət alan icra başçısı Məhəmməd Fatih Safitürk bu gün Ankara xəstəxanasında dünyasını dəyişib. Bu barədə Trend “Habertürk” qəzetinə istinadən məlumat verir. Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər yaralanmışdı. X X X 15:03 PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra …
Read More »Ərdoğan Minskə getdi – məscid açmağa
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belarusa səfər edib. Trend-in məlumatına görə, dövlət başçısını bu səfərdə Baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihad Zeybekçi, gömrük və ticarət naziri Bülənt Tüfəngçi müşayiət edirlər. Paytaxt Minskdə R.T.Ərdoğan və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçiriləcək. İki ölkə arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir. Türkiyə Prezidenti səfər çərçivəsində …
Read More »Gəncə Dövlət Filarmoniyasının tikintisinə 5 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Read More »Paytaxtda 3 otaqlı evdə yanğın olub
Paytaxtda 3 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Read More »Nardaran Bilik Evində tolerantlıq mövzusu
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkə ərazisində silsilə tədbirlər keçirilir. SİA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoruna istinadən verdiyi məlumata görə, Nardaran Bilik evində Beynəlxalq Tolerantlıq Günü münasibəti …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
