Cümhuriyyət bayramı həm Türkiyənin, həm də Azərbaycanın bayramıdır. Bunu Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral 29 oktyabr – Cümhuriyyət bayramı münasibətilə Trend-ə müsahibəsində deyib. Səfir qeyd edib ki, Azərbaycanda yeni vəzifəyə başlaması çox özəl bir vaxta təsadüf etdi: “Belə ki, oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanda bundan əvvəl də – 2005-2009-cu illərdə çalışmışdım. …
Read More »“Əli və Nino” filmi Los Ancelesdə nümayiş etdirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın Los Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində təqdim olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, oktyabrın 24-də Festivalın ilk açılış filmi kimi nümayiş etdirilən “Əli və Nino” tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun …
Read More »Pekin Olimpiadasında iştirak etmiş Azərbaycan idmançısında dopinq aşkarlanıb
Pekin-2008 Yay Olimpiya oyunlarının daha bir neçə iştirakçısında dopinq aşkarlanıb. Apasport.az saytının məlumatına görə, onların arasında azərbaycanlı ağır atlet də var. Belə ki, Sərdar Həsənov da dopinqdə “ilişib”. Sərdarın Pekin Olimpiadasında dopinqli halda yarışdığı bir neçə ay əvvəl iddia olunmuşdu. O vaxt idmançımız günahsız olduğunu bildirmişdi: “Mən 8 il əvvəl təmiz çıxmışdım. Olimpiadaya yollanmazdan əvvəl 3 dəfə dopinq-testdən keçdim. Bu …
Read More »Obama və Ərdoğan İŞİD-lə mübarizəni müzakirə ediblər
ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.“Söhbət zamanı prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda hansı səviyyədə iştirakını müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb. Hər iki lider İraqın suverenliyi və …
Read More »İŞİD Somalidə qəsəbəni ələ keçirib
Terrorçu İŞİD qruplaşması Somalinin strateji Kandala liman qəsəbəsini ələ keçirib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, Kandala ölkənin Puntland bölgəsində yerləşir. Məlumata görə, dünyadakı ticarət məhsullarının 20 faizi bu limandan keçir. Qəsəbənin 20 min əhalisi var. Xəbərdə bildirilib ki, İŞİD ilk dəfədir Somalidə qəsəbəni ələ keçirir.
Read More »Mərkəzi Bank: ikitərəfli valyuta hərracı 1,6361 məzənnəsi ilə yekunlaşıb
Oktyabrın 27-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Bankdan AZƏRTAC-a bildiriblər ki, hərrac 1 ABŞ dolları üçün 1,6291 məzənnəsi ilə başlayıb və 1,6361 məzənnəsi ilə yekunlaşıb.
Read More »Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinə laqeyd qala bilməz
Türkiyə Azərbaycanın əsas probleminə – Dağlıq Qarabağ münaqişəsinə laqeyd qala bilməz. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, əgər Azərbaycan xalqı əziyyət çəkirsə, Türkiyə buna laqeyd qala bilməz.
Read More »Nazirlik: İmkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilər
Azərbaycanda potensialı, imkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilərlər. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. Bələdiyyə müəssisələrinin yaradılması imkanının Azərbaycan qanunvericiliyində nəzərdə tutulduğunu deyən E.Əzizov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi” əsasında bələdiyyələrə tibb müəssisəsi yaratmaq imkanı …
Read More »Qadın güləşçilərimiz Ukraynada 1 qızıl və 3 bürünc medal qazandı
Ötən həftə Ukraynanın Xmelniski şəhərində əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə həsr olunmuş qadın güləşi üzrə 2-ci açıq Respublika turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Turnirdə Ukrayna güləşçiləri ilə yanaşı, Azərbaycan, Belarus, Litva və Moldova təmsilçiləri də iştirak edib. Güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 60 kq-da mübarizə aparan Tatyana Omelçenko qazandırıb. Həlledici …
Read More »Normadan artıq yüklənmiş maşınlara qarşı mübarizə gücləndirilib
“Azəravtoyol” ASC Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb. “Azəravtoyol”dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin oktyabr ayından başlanılan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə DYP əməkdaşları tərəfindən protokol tərtib …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar