Cümə , 5 Dekabr 2025

Elm

İki akademik AMEA Rəyasət Heyətinin üzvlüyündən çıxarılıb

Akademiklər Adil Qəribov və Fikrət Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlüyündən azad olunublar. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub. Belə ki, iclasda akademiklər Adil Qəribov və Fikrət Əliyevin bu vaxta qədərki səmərəli fəaliyyəti qeyd edilməklə Rəyasət Heyətinin üzvlüyündən azad olunmaları məsələsi həll edilib. Hər iki tanınmış alim AMEA-nın Rəyasət Heyətinin Fəxri …

Read More »

Azərbaycan yeni peyklər buraxacaq

“Azərbaycan gələcəkdə yeni peyklər buraxacaq və bununla da yeni məlumatlar kəşf olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: “Hamı …

Read More »

AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib

AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib, daha sonra qurumun prezidentinin seçilməsi üçün səsvermə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb. Namizədlər arasında İsa Həbibbəyli tək olub. Hazırda səsvermə davam edir. İclasda həmçinin AMEA-nın yeni nizamnaməsi də təsdiq olunub.

Read More »

Şəhidlərin xatirəsi anılan zaman ayağa durmayan məktəb direktoru cəzalandırılıb

Bakıda 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman ayağa durmayan direktor cəzalandılırıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.Qeyd olunub ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılmış videogörüntülərlə bağlı İdarə tərəfindən müvafiq araşdırma aparılıb.Araşdırma nəticəsində əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz …

Read More »

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. İnşa müsabiqəsi Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında baş tutacaq. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. Müsabiqənin hər iki mərhələsi kompüter …

Read More »

“Yüksəliş” müsabiqəsinin qalibinə yeni vəzifə verilib

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılovaya yeni vəzifə verilib. Boyukmillet.com xəbər verir ki, o, Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, N.İsmayılova 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq ticarət ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə ADA Universiteti ilə Maastrixt Biznes Məktəbinin (Niderland) müştərək EMBA (Biznes inzibatçılığı) ixtisası …

Read More »

Azərbaycana payız fəsli daxil olub

Bu gün Azərbaycana payız fəsli daxil olub. Boyukmillet.com xəbər verir ki, saat 05:03-də gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayıb. Bu gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan şimal yarımkürəsində payız fəsli başlayır. Xatırladaq ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-dək davam edəcək. Dekabrın 22-si saat …

Read More »

Bakıda məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyat uzadılıb

2022-2023-cü tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinə üzürlü səbəbdən elektron qeydiyyatdan keçə bilməyənlər üçün məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyat prosesi oktyabrın 1-dək uzadılıb. Məktəbəhazırlıq qruplarına və birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir. …

Read More »

Zəngilanın Ağalı kənd məktəbində 29 ildən sonra ilk zəng çalınıb

Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başlayıb. Boyukmillet.com xəbər verir ki, ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ağalıda dərslərin başlaması mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi …

Read More »

Azərbaycan Memarlıq və İnşaat Universitetinə yeni sözçü təyin olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinə rəhbər təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb. Əmrə əsasən, Universitetin PR və Media bölməsinə jurnalist Nicat Abdullayev rəhbərlik edəcək. Qeyd edək ki, N.Abdullayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və bu təyinatına qədər İctimai, eləcə də ARB24 …

Read More »