Bazar , 11 Yanvar 2026

Elm

Yeni tədris ilindən Zəngilanda ilk dərslər başlayacaq

“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Bunun çox sevindirici hal olduğunu vurğulayan E.Əmrullayev buna görə Prezident İlham Əliyevə təşəkkür edib. Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da olub. O, müəllimlərin seçiminə gəlincə deyib ki, nazirlik köç prosesinin …

Read More »

İstanbulda Polad Həşimovun və İlqar Mirzəyevin xatirələri anılıb

İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin yaradıcısı Şərqiyyə Məmmədovanın təşəbbüsü ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, şəhidlərimiz Polad Həşimovun və İlqar Mirzəyevin ailə üzvüləri də tədbirdə iştirak ediblər. Qeyd edək ki, şəhidlərimizin anım tədbiri iş adamı Anar Əlizadənin dəstəyi ilə keçirilmişdir. Tədbirdən olan görüntüləri sizlərə təqdim edirik: Ayna Fərhad

Read More »

Azərbaycanlı gənc Çində keçirilən Dünya Kimya Olimpiadasında gümuş medal qazandı

İyulun 8-i və 18-i tarixlərində Çində keçirilən Dünya Kimya Olimpiadasında həmyerlimiz Nəriman Şirinov gümüş medal qazanıb. Boyukmillet.com xəbər verir ki, o son iki ildə 3 gümüş və 3 bürünc olmaqla iştirak etdiyi 6 olimpiadanın hər birində medala layiq görülüb. Qeyd edək ki, bu haqda məlumatı onun valideyini Elşən Şirinov öz facebook hesabında paylaşıb. Ayna Fərhad

Read More »

DİM sədri: “9-cu sinfə aşağı nəticə ilə gələn şagird həyatı boyu nə 500, nə də 700 bal toplamayacaq”

“Zəif nəticə göstərən şagirdlərin repetitor yanına getməsi nəticəni elə də dəyişmir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sualına cavabında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, tədris proqramının, eləcə də lazım olan bilik və bacarığın 20 %-ni özündə cəmləşdirən 9-cu sinif şagirdi repetitor yanına gedəndə iki il ərzində nəticəyə ən çoxu 40 % əlavə edə …

Read More »

İdarə müdiri: “Məktəbli forması ilə bağlı təzyiqdən söhbət gedə bilməz, qərarlara hər kəs riayət etməlidir”

“Məktəbli forması ilə bağlı hər hansı təzyiqdən söhbət gedə bilməz”. Boyukmillet.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. BŞTİ müdiri xatırladıb ki, məktəbli formaları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var: “Bu da məktəbli formasının rəngi, forması və şagirdlərin sağlamlığına xidmət edən qərardır. Qəbul edilən qərar və qanunlara hər kəs riayət etməlidir. …

Read More »

Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilib

İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılıb. Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Proses iyunun 30-dək davam edəcək. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe …

Read More »

Bu gün planetlər paradı olacaq

Bu gün Günəş sisteminin 5 planeti – Merkuri, Venera, Mars, Yupiter və Saturn Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək. Boyukmillet.com xəbər verir ki, “Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və bir o qədər də valehedici astronomik hadisədir. Bu fenomen ay sonuna qədər sübhdən əvvəlki səmanı bəzəyəcək, lakin bu həftə ərzində daha yaxşı müşahidə ediləcək. Bu gün yerin …

Read More »

Azərbaycan və Gürcüstan Təhsil nazirlikləri arasında saziş təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanla 2022-ci il fevralın 21-də Tbilisi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Təhsil …

Read More »

Emin Əmrullayev Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin fəaliyyətinə aydınlıq gətirib

Təhsil naziri Emin Əmrullayev Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib. Nazir “Report”un sualına cavabında bildirib ki, idarənin harada yerləşəcəyi hələ ki müəyyənləşməyib. “Şərqi Zəngəzur çox spesifik bölgədir. Bu bölgəyə daxil olan bütün rayonlar – Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər uzun müddət işğal altında olub. Hazırda azad olunan ərazilərdə hələ də minatəmizləmə əməliyyatları aparılır, infrastrukturun …

Read More »

Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə  AMEA-dan məlumat verilib. Qeyd olunub ki, dəfndən əvvəl mərhumla vida mərasimi keçiriləcək. Mərasimdə AMEA rəhbərliyi, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək. Qeyd edək ki, E.Salayev ötən gün 88 yaşında dünyasını dəyişib.

Read More »