Naxçıvanın dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının yeni təsvirləri təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu təsvirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkədəki dövlət məktəblərində şagirdlər üçün təsdiq etdiyi geyim formalarının təsvirləri ilə fərqlidir. Belə ki, təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılacaq. Liseylərin geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və …
Read More »Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim edilib
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim edilib. “Report”un Qərb bürosunun məlumatına görə, bununla bağlı Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin akt zalında tədbir keçirilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevi təhsil nazirinin müavini Muxtar Məmmədov bölgə ictimaiyyətinə təqdim edib. Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, Regionun təhsil şöbələrinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Read More »Bakıda yeni inşa olunan məktəb 960 şagird yerlikdir
Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni inşa olunan 304 nömrəli məktəb 960 şagird yerlikdir. Boyukmillet.com xəbər verir ki, təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Kürdəxanı qəsəbəsinin əhalisinin ümumi sayı 15 min 120 nəfərdir. Burada əhali sayının artması yeni iş yerlərinin, tibb, təhsil ocaqlarının tikilməsini və digər infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edir. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin, …
Read More »Humboldt mükafatı alan ilk azərbaycanlı alim Prezidentə təşəkkür edib
Elm sahəsindəki nailiyyətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, professor, Humboldt mükafatı alan ilk azərbaycanlı Məsud Əfəndiyev Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Boyukmillet.com xəbər verir ki, o, Dünya Azərbaycanlılarının V Qurultayının ,u.ada keçirilməsini tarixi hadisə adlandırıb və bu mötəbər tədbirin iştirakçısı olmaqdan qürur duyduğunu vurğulayıb: “Dünya Azərbaycanlılarının V Qurultayı mədəniyyət beşiyi Şuşada baş tutdu. …
Read More »İlahiyyat İnstitutunun pedaqoji kollektivi Qubada gənclərlə görüş keçirib
İlahiyyat İnstitutunun kollektivi Qubada gənclərlə görüşüb. Boyukmillet.com xəbər verir ki, Quba rayonunda, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılma məqsədi, fəaliyyəti, təhsil imkanları, yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz …
Read More »AMEA-nın strukturuna dəyişikliklər ediləcək
AMEA-nın Rəyasət Heyətinin aparatında struktur dəyişikliyi nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu sözləri AMEA-nin prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov jurnalistlərə açıqlamasında deyib. Akademik bildirib ki, Rəyasət Heyətinin tərkibi çoxsaylı bölmə və şöbələrdən ibarətdir və burada elmi işçilərin sayı üstünlük təşkil etməlidir: “Adətən, AMEA-da və elmi qurumlarda elmi işçilərin sayı üstünlük təşkil etməlidir. Digər işçilər isə yardımçı funksiya …
Read More »Emin Əmrullayev məşğul olduğu idman növlərini açıqlayıb
“Təhsil naziri olduqdan sonra ilk dəfədir radioya müsahibə verirəm. Özümü çox rahat hiss edirəm. Müxtəlif təcrübələrin olması yaxşıdır. Avtomobildə gedərkən daha çox radioya qulaq asıram və hesab edirəm ki, radio müəyyən mənada televizyanı geridə qoyur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev ASAN Radionun “QəbuldASAN” verilişində deyib. O, telekanallara az hallarda baxdığını bildirib: “Ən çox xəbərlər buraxılışını izləyirəm. …
Read More »Nazir məcburi köçkün məktəblərində dərs deyən müəllimlərin gələcək taleyinə aydınlıq gətirib
Təhsil naziri Emin Əmrullayev məcburi köçkün məktəblərində çalışan və azad edilən rayonların sakini olmayan müəllimlərin gələcək taleyinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, nazir ASAN Radionun “QəbuldASAN” verilişində hazırda məsələ ilə bağlı təhlillər aparıldığını deyib. Onun sözlərinə görə, artıq azad olunan ərazilərdə məktəb tikintilərinə başlanılıb: “İlin sonunadək Şuşa və Ağdamda təhsil müəssisələri istifadəyə veriləcək. Müəllimlərin tədris üçün həmin məktəblərə getməsi …
Read More »Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin sayı açıqlanıb
“Azərbaycanda 900-ə qədər təmirə ehtiyacı olan məktəb var. Ancaq ölkədə 4 400 məktəbin olduğunu nəzərə alsaq, kifayət qədər təmirli məktəbin mövcudluğunu hesab edə bilərik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib. Onun sözlərinə görə, hər il Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən müəyyən sayda məktəb əsaslı təmir olunur: “Bütün məktəbləri eyni vaxtda təmir etmək …
Read More »Nazir: “Pandemiya daha çox ucqar kəndlərdəki şagirdlərə mənfi təsir edib”
“Azərbaycanda pandemiya şəraiti təhsil sisteminə uzunmüddətli mənada mənfi təsir edib”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib. Nazirin sözlərinə görə, ucqar kəndlərdə internetə çıxışı olmayan təhsil alanlar üçün pandemiyanın yaratdığı problemləri uzun müddət görəcəyik: “Təbii ki, beynəlxalq qiymətləndirmə sistemi var. Qiymətləndirmə zamanı pandemiyanın təhsilə təsirini daha dəqiq biləcəyik”. “Təhsil sistemi olaraq lazımi çağırışlara öhdəsindən gələ bildik. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
