Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti vəzifəsini icra edən şəxs məlum olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib. Belə ki, iclasda AMEA-nın akademik-katibi Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib. Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına …
Read More »Emin Əmrullayev: “Ortaq türk coğrafiyası və ədəbiyyatı dərslikləri hazırlanır”
“Bu tədbir Türk Şurasının təşkil etdiyi VI Zirvə görüşüdür. Bu, türk dövlətlərinin təhsil sahəsində olan əməkdaşlıq platformasıdır. Azərbaycan quruma üzv olan dövlətlər içərisində orta məktəblərində Ortaq Türk Tarixi dərsinin tədris edildiyi ilk ölkədir. Hazırda oxşar formada ortaq türk coğrafiyası və ədəbiyyatı dərslikləri də hazırlanır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın təhsil naziri Emin Əmrullayev İstanbulda keçirilən Türk Şurası dövlətlərinin təhsil nazirlərinin VI …
Read More »Nazir müavini: “Ermənilərin məhv etdiyi Topxana meşəsi bərpa olunacaq”
“İşğaldan azad olunan ərazilərdə yerləşən və vaxtilə ermənilər tərəfindən məhv edilən Topxana meşəsi bərpa ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Nazir müavini bildirib ki, bunun üçün ərazidə təhlükəsizlik tədbirləri görülməlidir: “Məhşur Topxana meşəsi o vaxt ermənilər tərəfindən qırılaraq daşınmaqla yanaşı, əraziyə fosforlu mərmilər atılaraq yanğınlar törədilib. Həmin ərazilər minalardan təmizlənəndən, təhlükəsizlik təmin olunduqdan …
Read More »Azad olunan ərazilərlə bağlı qəbul imtahanının məzmununda dəyişiklik ediləcək
Qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi barədə yeniliklər olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtaha Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə deyib. DİM sədri bildirib ki, azad olunan ərazilərin tək işğal tarixi yox, azad olunması tarixləri də imtahan məzmununda əks olunacaq: “Bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahanı keçiriləcək. Noyabr ayında yeni blok imtahanları keçiriləcək. …
Read More »İsmayıllıda Vətən müharibəsində şəhid olmuş müəllimin ailəsi ziyarət edilib
Təhsil nazirinin müavini Firudin Qurbanov, mətbuat nümayəndələri İsmayıllıya mediatur çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş şəhərin 3 nömrəli məktəb-liseyinin tarix müəllimi Famil Əhmədzadənin ailəsini ziyarət edib. “Report”un İsmayıllıya ezam olunan əməkdaşı xəbər verir ki, bu gün şəhidin anım günüdür. Şəhidin ailə üzvləri ilə görüşən nazir müavini F.Qurbanov xatırladıb ki, Vətən müharibəsində 20 təhsil işçisi qəhrəmancasına vuruşaraq şəhid olub: “Şəhid …
Read More »Təhsil naziri müəllimləri təbrik edib
Təhsil naziri Emin Əmrullayev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsilverənləri təbrik edib. Boyukmillet.com xəbər verir ki, nazirin təbrikində deyilir: “Əziz müəllimimiz, Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram! Beynəlxalq Müəllimlər Gününüz mübarək!”
Read More »Azad olunan ərazilərdə xidmət edənlərin övladlarının harada təhsil alacağı açıqlanıb
“Xidməti fəaliyyəti ilə bağlı işğaldan azad edilən ərazilərdə yaşayan şəxslərin övladları hazırda əvvəl oxuduqları təhsil müəssisələrində təhsillərini davam etdirirlər”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə hazırda ümumi təhsil müəssisələri hələ ki fəaliyyət göstərmir. Xatırladaq ki, bu gün ölkədə fəaliyyət göstərən məktəblərdə aşağı siniflər üzrə (I-IV) ənənəvi əyani …
Read More »Kəlbəcər, Zəngilan və Laçındakı filiz yataqlarına geoloji ekspedisiya təşkil olunacaq
“İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq Qarabağı işğaldan azad etməsi ilə bu ərazilərdə olan zəngin faydalı qazıntı yataqları yenidən öz sahiblərinə geri qaytarıldı. Yaxın zamanda AMEA-nın Təbiət Tarixi Muzeyi əməkdaşlarının Kəlbəcər və Zəngilanda olan qızıl yataqlarına, eləcə də Laçın rayonu ərazisində yerləşən yataqlara geoloji ekspedisiyalarının təşkil olunması planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Muzeyin baş elmi …
Read More »Təhsil naziri: “Ənənəvi təhsil proesesini uzada bilərik”
“Yeni tədris ili ilə bağlı imzalanan təlimat bu gündən qüvvədədir”. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Təhsil müəssisələrində pandemiya qaydalarına dair təlimat təsdiqlənib: “Əvvəlki illərdə olduğu kimi mövcud şəraitə və sanitar epidemiya qaydalarına uyğun olunaraq tənzimlənib. Burada şagirdlərarası sıxlığın idarə olunması və prosesdə iştirak edənlərin peyvənd olunması …
Read More »Nazir: “Azərbaycan məktəblisi ilk dəfə tədrisə öz ərazi bütövlüyünü təmin etmiş vəziyyətdə başlayıb”
“Uzun fasilədən sonra məktəblərin əyani qaydada tədrisə qayıtması münasibətilə valideynləri, müəllimləri və şagirdləri təbrik edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu tədris ili çox fərqlidir: “Azərbaycan məktəblisi ilk dəfə tədrisə öz ərazi bütövlüyünü təmin etmiş vəziyyətdə başlayıb. Bu mənada tədris ilinin mahiyyəti Vətən müharibəsində əldə edilmiş zəfərə, canından …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
