Keçən il xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə ümumilikdə 7 021 müraciətin ekspertizası keçirilib ki, onlardan 5 868-nə müsbət, 1 153-nə isə mənfi rəy verilib. Boyukmillet.com xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, həmin müddətdə 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib: “Ümumilikdə, qiymətləndirilmə …
Read More »Qarabağ Universitetində 20 ixtisas üzrə tədris aparılacaq
Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: “Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur”.
Read More »Xankəndidə təhsil alacaq tələbələrə təqaüd veriləcək
Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: “Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti …
Read More »Ötən ay xaricdə təhsil almış 95 nəfərin diplomu tanınmayıb
Yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız …
Read More »Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək
Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb. Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır: – bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması; – magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün …
Read More »Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib
“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
Read More »Gürcüstanın elm və təhsil naziri Azərbaycana səfərə gəlib
Gürcüstanın elm və təhsil naziri Qiorqi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 24-də Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, o, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək, Azərbaycanın elm və akademik dairələrində olacaq. Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. …
Read More »Azərbaycan Texniki Universitetinin fəxri professoru vəfat edib
Azərbaycan Texniki Universitetinin fəxri professoru, pedaqoji elmlər doktoru Müdafiə Cəmil oğlu Mahmudov vəfat edib. Boyukmillet.com-un məlumatına görə, o, ürək tutmasından dünyasını dəyişib. Qeyd edək ki, M.Mahmudov 1945-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsində kiçik elmi işçi (1968-1969) vəzifəsində işləyib. 1980-1989-cu illərdə həmin şöbədə baş elmi işçi, 1989-2006-cı …
Read More »Mingəçevirdə məktəbdə mənimsəmə aşkarlanıb, cinayət işi açılıb
Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Şəhər Prokurorluğunda cinayət işi açılıb. Mərkəzi Aran Regional Təhsil İdarəsindən verilən məlumata görə, idarə ötən ilin 13-14 noyabrında həmin məktəbdəki neqativ hallarla bağlı yoxlama aparıb. Qeyd olunub ki, məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir Şəhər Prokurorluğu, həmçinin Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları yoxlamalara başlayıb: …
Read More »BDU-nun Jurnalistika fakültəsinin müəllimi, Əməkdar jurnalist Şamil Vəliyev vəfat edib
BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev 64 yaşında vəfat edib. Boyukmillet com xəbər verir ki, bu barədə fakültənin müəllimi Əli Hacıyev bildirib. “Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq! Allah rəhmət eləsin!”, – Ə.Hacıyev feysbuk hesabında yazıb. Qeyd edək ki, o, fakültənin Mətbuat tarixi kafedrasının müdiri, dekan vəzifəsində çalışıb. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
