Türkiyə millisinin sabiq basketbolçusu İlkan Karaman vəfat edib. Boyukmillet.com xəbər verir ki, 34 yaşlı idmançı avtomobil vurması nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, karyerası ərzində “Fənərbağça”, “Beşiktaş” kimi klubların şərəfini qoruyan Karaman son mövsümü “Çayırova Belediye”sinin heyətində keçirib. O, 2013-cü ildə ilk dəfə Türkiyənin əsas millisinin formasını geyinib.
Read More »Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti medalını qazana bilər. Boyukmillet.com xəbər verir ki, idmançı bu dəfə 400 metr məsafədə bacarığını göstərəcək. Paraatletikada final yarışları Bakı vaxtı ilə saat 12:21-də başlayacaq. Bu gün Azərbaycanın daha beş təmsilçisi turnirdə çıxış edəcək. Digər paraatlet Orxan Aslanov …
Read More »Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşüb
AFFA prezidenti Rövşən Nəcəflə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, AFFA və GFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Read More »İngiltərədə ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) 2023/2024 mövsümünün yaxşı oyunçusu adına namizədləri açıqlayıb. Boyukmillet.com xəbər verir ki, siyahıda altı futbolçu yer alıb. Bunlar Erlinq Holann, Rodri, Fil Foden (hər üçün “Mançester Siti”), Martin Edeqor “Arsenal”, Koul Palmer (“Çelsi”) və Olli Uotkinsdir (“Aston Villa”). Qalib qurumun üzvləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və avqustun 20-də açıqlanacaq. Qeyd edək ki, 2022/2023 mövsümündə …
Read More »“Qarabağ” rəsmiləri Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı ilə görüşüblər
“Qarabağ”ın baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüblər. Ağdam təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş İcra Hakimiyyətinin binasında baş tutub. “Köhlən atlar”ın davamlı uğurlarından bəhs edən A.Əliyev “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib. İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə “Qarabağ”ın görüşlərində …
Read More »Azərbaycan millisinin futbolçusu Finlandiya klubuna keçib
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını Finlandiyada davam etdirəcək. Boyukmillet.com xəbər verir ki, Niderlan təmsilçisi “Eyndhoven”dən ayrılan 25 yaşlı yarımmüdafiəçi HİK-ə keçib. O, Helsinki klubu ilə 2,5 illik müqavilə imzalayıb. Qeyd edək ki, Ozan Can Kökçü 2022-ci ildən “Eyndhoven”in formasını geyinib.
Read More »Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Konfrans Liqasına təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. A.Xudiyev, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq. Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşmanı kosovolu baş hakim Visar Kastrati idarə edəcək. Qeyd edək ki, görüş iyulun 25-də keçiriləcək.
Read More »Azərbaycan Premyer Liqası: I turun oyun cədvəli açıqlanıb
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun oyun cədvəli məlum olub. Boyukmillet.com xəbər verir ki, I turun açılış matçı “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” və son ölkə çempionu “Qarabağ” arasında keçiriləcək. Tura Zirə İdman Kompleksində baş tutacaq “Zirə” – “Səbail” matçı ilə yekun vurulacaq. 2 avqust (cümə)20:00. “Araz-Naxçıvan” – “Qarabağ”“Liv Bona Dea Arena”3 avqust (şənbə)18:30. “Neftçi” – “Turan Tovuz”“Neftçi Arena”20:45. “Sumqayıt” – …
Read More »“Sumqayıt” rəsmisi: Stadionun tam hazır olması ilə bağlı yekun məlumatı həftəsonu UEFA-ya göndərəcəyik
Stadionun tam hazır olması ilə bağlı yekun məlumatı həftəsonu UEFA-ya göndərəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında “Sumqayıt” klubunun mətbuat katibi Zaur Xudiyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la (Macarıstan) oyun öncəsi Mehdi Hüseyzadə adına Sumqayıt şəhər stadionunda aparılan işlərlə bağlı danışarkən deyib. Klub rəsmisi UEFA-ya məlumat göndərdiklərini söyləyib: “Artıq son mərhələlərdir. Stadionda proseslər yekunlaşmaq üzrədir. İşlər tamamlandıqca UEFA-ya …
Read More »Finlandiya klubuna məxsus stadionda yanğın baş verib
Finlandiyanın “Qnistan” klubuna məxsus “Mustapekka Arena”da yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə bu gün baş verib. Güclü yanğın nəticəsində klubun infrastrukturuna ciddi ziyan dəyib. Yanğının səbəbi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, stadion 1934-cü ildə tikilib. “Qnistan” klubu 2023-cü ildə Finlandiya çempionatının yüksək liqasına çıxıb və 15 turdan sonra turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar