Çərşənbə , 25 Fevral 2026

Futbol

Portuqaliya millisinin baş məşqçisi: Qürurla məğlub olduq

Qürurla məğlub olduq. Boyukmillet.com xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Fransaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis rəqib komandanın qalib gəlmək üçün birlik nümayiş etdirdiyini söyləyib: “Hər iki komanda 120 dəqiqə boyunca çətinlik çəkdi. Qürurla məğlub olduq. Yaxşı oynasaq da, uduzduq, bu çox üzücüdür. Oyun ərzində biz topa daha çox sahib idik”. …

Read More »

Fransa millisinin baş məşqçisi: Yarımfinala çıxmağın sevincini yaşayıram

Yarımfinala çıxmağın sevincini yaşayıram. Boyukmillet.com xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Portuqaliyaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis görüşün gərgin mübarizə şəraitində keçdiyini söyləyib: “Hər iki komandanın ifasında gərgin matç izlədik. Futbolçularda yorğunluq müşahidə olunurdu. Şadam ki, bu çətin oyunun sonunda qalib gələn tərəf biz olduq. Yarımfinala çıxmağın sevincini yaşayıram”. Qeyd …

Read More »

Portuqaliya – Fransa görüşünün ən yaxşı futbolçusu bəlli olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında 1/4 final oyununun (0:0) ən yaxşı futbolçusu bəlli olub. Boyukmillet.com xəbər verir ki, fransızların hücumçusu Usman Dembele görüşün ən yaxşı oyunçusu adına layiq görülüb. 27 yaşlı futbolçu 67-ci dəqiqədə matça əvəzetmədən daxil olub və sona qədər yüksək səviyyədə çıxış edib.

Read More »

İspaniya millisinin baş məşqçisi: Futbolçularımız uğurdan doymur

Futbolçularımız uğurdan doymur. Boyukmillet.com xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Almaniyaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis qazanılan qələbədən həzz aldığını söyləyib: “Əldə etdiyimiz uğurun sevincini yaşayıb, bu andan həzz alıram. Yarımfinal üçün bütün oyunçularım hazırdır. Komandamızın hər bir üzvü yüksək səviyyədə çıxış edir. Futbolçularımız uğurdan doymur. Belə kollektivlə …

Read More »

Favoritlərin qitə çempionatlarında 4-cü dueli, Fransa finalda uduzduğu rəqibə qarşı

Avropa çempionatının 1/4 finalında üz-üzə gələcək İspaniya və Almaniya milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) 8 dəfə qarşılaşıblar. Boyukmillet.com xəbər verir ki, tərəflər hərəyə üç qələbə əldə ediblər, iki oyunda isə heç-heçə qeydə alınıb. Hazırkı meydan sahibləri İspaniya ilə qitə çempionatlarında üç dəfə görüşüb. 1984 və 2008-ci illərdə (hər ikisi 0:1) məğlubiyyətlə üzləşən Bundestim AVRO-1988-də 2:0 hesabı …

Read More »

Türkiyə millisinin üzvü Avstriya ilə oyunda iki rekorda imza atıb

Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında Avstriyanı məğlub edən Türkiyə millisinin futbolçusu Merih Demiral iki rekorda imza atıb. Boyukmillet.com xəbər verir ki, qarşılşamanın 1-ci dəqiqəsində rəqibin qapısına yol tapan 26 yaşlı müdafiəçi Avropa çempionatlarının pley-off mərhələlərində ən erkən qolu vurub. Bundan əvvəlki rekord AVRO-2016-nın 1/4 finalının Portuqaliya – Polşa matçında qeydə alınıb. İkincilərin futbolçusu Robert Levandovski Portuqaliya yığmasının penaltilər …

Read More »

Çinli badmintonçu yarış zamanı dünyasını dəyişib

Çinli badmintonçu yarış zamanı dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, faciəvi hadisə İndoneziyada yeniyetmələr arasında təşkil olunan turnirdə baş verib. Millinin 17 yaşlı üzvü Çjan Çjitsze yaponiyalı Kazuma Kavano ilə matçda kortda huşsuz vəziyyətdə yerə yıxılıb. Həkim briqadası idmançıya ilkin tibbi yardım göstərərək, onu təcili yardım maşını ilə xəstəxanaya göndərib. Lakin yeniyetmə badmintonçunun həyatını xilas etmək mümkün olmayıb.

Read More »

Vladislav Qədirov: Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm

Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Qədirov Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun yekunları haqqında danışarkən deyib. 1987-ci ildə SSRİ yığmasının heyətində 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olmuş mütəxəssis üç komandanı favorit saydığını söyləyib: “Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa …

Read More »

Xorvatiya – Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Xorvatiya – Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, xorvatların heyətində Andrey Kramariç qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 33 yaşlı hücumçu Albaniya ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.

Read More »