Bazar , 23 Fevral 2025

Futbol

“Araz-Naxçıvan”ın futbolçusu köhnə zədəsini yeniləyib

“Araz-Naxçıvan” klubunun futbolçusu İsmail Azzaui növbəti dəfə sıradan çıxıb. Naxçıvan təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi köhnə zədəsini yeniləyib. Belçikalı futbolçu hazırda fərdi məşqlər edir. O, üç gündən sonra komanda ilə hazırlığa qoşula biləcək. Qeyd edək ki, “Araz-Naxçıvan” noyabrın 26-da Premyer Liqanın XIV turunda “Neftçi”nin qonağı olacaq.

Read More »

“Milan”ın futbolçusu qeyri-qanuni mərc oynamaqda ittiham edilir

İtaliyanın “Milan” klubunun futbolçusu Alessandro Florentsi qeyri-qanuni mərc oynamaqda ittiham olunur. Boyukmillet.com xəbər verir ki, Turin prokurorluğu 32 yaşlı müdafiəçini şübhəli şəxs qismində reyestrə daxil edib və hazırda araşdırma aparılır. İtaliyalı oyunçu diskvalifikasiya ilə üzləşə bilər. Daha əvvəl İngiltərənin “Nyukasl” komandasında çıxış edən Sandro Tonali oxşar ittihama görə artıq cəzalandırılıb. O, qarşıdakı Avropa çempionatı da daxil olmaqla, 12 ay futbol …

Read More »

İsveç millisinin Bakıdakı açıq məşqinin vaxtı müəyyənləşib

Bakıda AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyunundan əvvəl mətbuat konftanslarının vaxtı bəlli olub. Boyukmillet.com xəbər verir ki, saat 14:45-də matçın reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq. Saat 18:00-da isə “Dalğa Arena”da Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi jurnalistlər önünə çıxacaq. Yarım saat sonra yığmanın açıq …

Read More »

Almaniyadakı futbol matçında 32 nəfər iğtişaşlara görə xəsarət alıb

“Sankt-Pauli” və “Hannover 96” komandaları arasında Hamburqda keçirilmiş Almaniya II Bundesliqasının XIII tur oyununda iğtişaşlar baş verib. Boyukmillet.com xəbər verir ki, nəticədə 32 nəfər xəsarət alıb. Onlardan 17-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. İğtişaşlar “Hannover 96” azarkeşləri üçün ayrılmış sektorda başlayıb. Bu, qonaq fanatlarla təhlükəsizlik əməkdaşları arasında toqquşmaya çevrilib. Matç bir neçə dəqiqəlik dayansa da, sonradan bərpa olunub. Qarşılaşmadan sonra tərəfdarlar Hamburq …

Read More »

Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi: “Qazaxıstanla oyuna qələbə üçün çıxacağıq”

“Rəqib də, biz də güclüyük. Meydana qələbə üçün çıxacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib. Mütəxəssis finala gedən yolda qalibiyyətə ümid etdiklərini bildirib: “Mən hər zaman komandama inanıram. Amma oyunun yaxşı alınmasından çox şey …

Read More »

Azərbaycan Minifutbol Federasiyasının baş katibi: “Məqsədimiz dünya çempionu olmaqdır”

“Mundialda debüt etsək də, məqsədimiz dünya çempionu olmaqdır” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yığmanın Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq dünya çempionatında iştirakı ilə bağlı jurnalistlərə açıqlamasında deyib. Funksioner yarışa Avropa çempionu qismində gedəcəklərini bildirib: “Hədəfimiz daşıdığımız statusa uyğundur. Çempionluğa namizədlərdən hesab edilirik. Bunu doğrultmağa çalışacağıq. Komandamıza da inanırıq”. Hüseynov baş məşqçi Elşad Quliyevin oyunçu …

Read More »

Azərbaycan Premyer Liqasında X tura Qəbələdə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq. Boyukmillet.com xəbər verir ki, son matçda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 16:30-da start götürəcək. “Qırmızı-qaralar” 7 xalla 9-cu, Naxçıvan təmsilçisi 14 xalla 5-ci pillədə qərarlaşıb. 16:30. “Qəbələ”– “Araz-Naxçıvan”Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli ƏliyevHakim-inspektor: Orxan MəmmədovAFFA nümayəndəsi: Azər ƏsgərovQəbələ şəhər stadionu Qeyd edək …

Read More »

Vaqif Cavadov: “Millimiz Estoniya yığmasına qalib gəlməlidir”

“Estoniya yığmasına qalib gəlməliyik. Ümid edirəm ki, belə də olacaq”. Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov komandanın səfərdə Estoniyaya qarşı keçirəcəyi AVRO-2024-ün seçmə oyunu barədə danışarkən deyib. 34 yaşlı keçmiş yarımmüdafiəçi millidən qələbə gözlədiyini söyləyib: “Rəqib də qalib gəlmək niyyətindədir. Onlar son vaxtlar yığmamızın nəticə baxımından yaxşı çıxış etmədiyini bilirlər. Ola bilər ki, hansısa matçda yaxşı oynamışıq, amma …

Read More »

Kolumbiyada klub prezidenti uduzduqları oyundan sonra öldürülüb

Kolumbiyanın “Tiqres” klubunun prezidenti Edqar Paes öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Funksioner II Liqanın XIII turunda “Atletiko Kali”yə uduzduqları matçdan sonra güllələnib. Hadisə Paes qarşılaşmadan sonra evə qayıdarkən baş verib. Kolumbiya Futbol Federasiyası da onun vəfatı ilə bağlı başsağlığı verib.

Read More »

“Qarabağ” Marko Yankoviçlə müqavilənin müddətini uzadıb

“Qarabağ” klubu futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib. Boyukmillet.com xəbər verir ki, sözləşməyə əsasən, 28 yaşlı yarımmüdafiəçi 2027-ci ilədək “köhlən atlar”da çıxış edəcək. 2022-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.

Read More »