Cümə , 9 May 2025

Gündəm

Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar

Koronavirus pandemiyası ilə apardığımız mübarizə bizə media institutlarının əhəmiyyətini daha yaxşı anlamağa kömək etdi. Sosial şəbəkələrin yaratdığı şərait çərçivəsində fərdlərin xəbər mənbəyi kimi çıxış etməsində müxtəlif imkanların olmasına baxmayaraq, bu dövrdə biz peşəkar, institutlaşmış media qurumlarının rolunu bir daha başa düşdük. Xalqımıza vəziyyətin və ondan irəli gələn qərarların operativ formada çatdırılmasında, mövcud vəziyyətin ciddiliyinin əhalimiz tərəfindən başa düşülməsində media institutlarının …

Read More »

Siyavuş Novruzov nöqtəni qoydu: “Maska tax, cərimə olunma”

Deputat Siyavuş Novruzov karantin qaydalarının pozulmasına görə təklif olunan cərimələrin məbləğinin azaldılmasına qarşı çıxıb. Boyukmillet.com-un məlumatına görə, o, Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, burada söhbət cərimənin miqdarından getmir: “Söhbət ondan gedir ki, maska taxmayan cərimələnəcək. İnsanlar qanuna tabe olmalı, ona …

Read More »

Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR — Hələ 5-6 ay…

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda bir çox karantin məhdudiyyətlər götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Ancaq Bakı ilə rayonlar arasında, o cümlədən Naxçıvana gediş-gəliş hələ də bərpa olunmayıb. Bəs, qarşıdakı günlərdə rayonlar arası gediş gəlis bərpa oluna bilərmi? boyukmillet.com xəbər verir ki, bununla bağlı danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı …

Read More »

Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, …

Read More »

Koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI

“Bütün dünyada hələ birinci dalğadır. Biz sadəcə bunu mərhələli şəkildə görə bilərik. Yəni bir və ikinci mərhələ var”. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. R.Bayramlı qeyd edib ki, sayın yüksəlməməsi üçün qaydalar tətbiq olunur: “Qış mövsümündə ikinci dalğa ola bilər. Bu da mutasiya ilə əlaqəlidir. …

Read More »

Prezident Əbülfəs Qarayevə niyə əsəbləşmişdi? – Yarımçıq layihə

Prezidentin Azərbaycan hökumətinin ən “uzunömürlü” nazirlərindən biri Əbülfəs Qarayevi istefaya göndərməkdən başqa yolu qalmadı. Hərçənd təkcə mədəniyyət deyil, əvvəllər həm də turizm naziri olmuş Qarayevin başının üstündə qara buludlar Prezidentin “Şahdağ” qış-xizək kompleksinin açılışı zamanı sərt publik tənqidindən sonra sıxlaşmağa başlamışdı.  Əbülfəs Qarayev nəyisə yarımçıq eləmişdi. Özündən sonra qırmızı parça üzərində pis ləkə qoymuşdu, özü də Prezidentin misli görünməmiş və …

Read More »

İSBAM rəhbəri “Şərəf” ordeni ilə təltif edildi – FOTO

Tanınmış ictimai-siyasi fəal Samir Adıgözəlli təltif olunub. Boyukmillet.com bildirir ki, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM).rəhbəri Samir Adıgözəlli Azərbycanın “28 may Respublika Günü” münasibəti ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. Xatırladaq ki, bu orden indiyə kimi Azərbaycanın, Ukraynanın, Gürcüstanın, Kandanın, İsveçin və Niderlandın dövlət, ictimai-siyasi, diaspora və elm xadimlərinə verilib. Bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının …

Read More »

İSBAM Cümhuriyyət abidəsini ziyarət etdi. Video, fotolar.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib. Boyukmillet.com xəbər verir ki, İSBAM sədri Samir Adıgözəlli, sədr müavini Natiq Bədəlov, sədrin müşavirləri Yasəmən Möhübbətqızı, Həmid Cəfərov və İSBAM idarə heyyətinin üzvü Ceyhun Mahmudov yüz iki il öncə yaradılmış Cümhuriyyətlə baglı təbrik nitqi söyləmişlər. Video çıxışları təqdim edirik.

Read More »

Vitse -spiker Adil Əliyev Ermənistanın Ramil Səfərova qarşı məhkəmə davasından yazdı

“Ramil Səfərov Azərbaycanın fəxridir” Azərbaycan parlamentinin vitse -spikeri Adil Əliyev Ermənistanın Ramil Səfərova qarşı açdığı məhkəmə davasından və bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarından yazıb. Musavat.com həmin yazını təqdim edir: “Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Azərbaycana və Macarıstana qarşı iddia qaldıran Ermənistanın bu addımı arxadan atılan daşa bənzəyir. Ramil Səfərov 2012-ci …

Read More »

Fuad Muradov haqqında dövlət qurumlarına şok şikayət.

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradovla bağlı Azərbaycan Respublikasının dövlət qurumlarına rəsmi şikayət göndərib. Azərbaycan Respublikası Hesablama Paltasının Sədri Vüqar Gülməmmədova, Prezident Adminstrasiyanın Rəhbəri Samir Nuriyevə və Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin rəsi Nazim Rəcəbova ünvanlanmış rəsmi məktubda aşağıdakılar qeyd edilib. Boyukmillet.com müraciəti olduğu kimi təqdim …

Read More »