Cümə , 17 May 2024

Hərbi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Kollegiya iclasında Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti təhlil edilib. Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və …

Read More »

Ermənistan silahlı bölmələri DSX-nin Zəngilandakı mövqelərini atəşə tutub

Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, …

Read More »

Azərbaycan və Türkiyənin generalları görüşüb, hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Türkiyədə səfərdə olan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Baş Qərargahın ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı …

Read More »

““Qardaş yumruğu” təlimlərin yeni mərhələsidir” — Bəxtiyar Paşa ilk dəfə Azərbaycan teleməkanında (VİDEO)

“Azərbaycan ordusu və Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi bu təlimləri bəlkə də ilin son təlimləri adlandıra bilərik. Bu təlimdə geniş miqdarda şəxsi heyətimiz, generallarımız, zabitlərimiz, özəl bölmələrimiz, komando bölmələrimiz, hava qüvvələrimiz iştirak etdi. Təlim ərəfəsində müxtəlif cür silah-sursatdan istifadə olundu”.Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı, general-leytenant Bəxtiyar Ersay AzTV-nin “Əsas məsələ” verilişində deyib.  General, bu təlimlərdə bir sıra …

Read More »

DSX-nin özünü güllələyən hərbi qulluqçusu vəfat edib

30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. Xatırladaq …

Read More »

Zakir Həsənov və Hulusi Akar Astara, Cəbrayıl və İmişlidə təlimdə icra olunan tapşırıqları izləyiblər

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib. Qeyd edək ki, …

Read More »

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki vəfat edib

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elşən Kərimov vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, bu gün səhər saatlarında 49 yaşında ürəktutmasından dünyasını dəyişib. E.Kərimov Şamaxı rayonunun Bəklə kəndində torpağa tapşırılıb. Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki E.Kərimov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, uzun müddət Azərbaycan Ordusunda xidmət edib. Bir neçə il əvvəl ehtiyata buraxılıb.

Read More »

“Qardaş yumruğu” birgə təlimində tapşırıqları uğurla yerinə yetirən hərbçilər təltif olunub

Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimində tapşırıqları uğurla yerinə yetirən hərbçilər təltif olunub. Boyukmillet.com xəbər verir ki, mükafatları hərbçilərə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar təqdim ediblər. Nazirlər daha sonra video telekonfrans üsulu ilə təlimdə iştirak edən qoşunlara müraciət ediblər. Çətin hava və relyef şəraitində uğurla …

Read More »

Türkiyə MN “Qardaş yumruğu” təlimindən görüntülər yayıb

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimindən görüntülər yayıb. Boyukmillet.com-un xəbərinə görə, videoda təlimə qatılan şəxsi heyətin və texnikanın tapşırıqları icra etməsinə dair görüntülər əksini tapıb. Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması …

Read More »

Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyib

Azərbaycan və Türkiyə hərbçilərinin birgə iştirakı ilə reallaşdırılan “Qardaş yumruğu” birgə təlimində bu gün “Yüksək səviyyəli müşahidəçi günü” keçirilir. Boyukmillet.com-un xəbərinə görə, təlimi müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz …

Read More »